Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb.

Rusiyanın "Kommersant", "İnterfaks", "Вестник Кавказа" və "NEWS.ru" media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar.

"Kommersant" Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini önə çəkib. Nəşr Prezident İlham Əliyevin müsahibəsində bu barədə səsləndirdiyi "yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq" fikirlərini oxucuların diqqətə çatdırıb.

"İnterfaks" isə enerji ixracının genişləndirilməsi, elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazilərindən Avropaya çatdırılması, "Black Sea Energy" layihəsi, eləcə də Naxçıvanda Günəş elektrik stansiyalarının gücünün artırılması ilə bağlı məlumatlara geniş yer ayırıb. Agentlik xəbərində, həmçinin Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı açıqlamalarına da yer verib.

Agentlik Zəngəzur dəhlizi üzrə praktiki işlərin başlanması, Horadiz-Ağbənd avtomobil yolunun hazırkı vəziyyəti, dəmir yolunun 2027-ci ildə Ermənistan sərhədinə çatdırılmasının planlaşdırılması və marşrutun illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağı barədə məlumatları oxucularına çatdırıb. Qeyd edilib ki, Naxçıvan dəmir yolunun yenidən qurulması və ümumi uzunluğunun 194,2 kilometrə çatdırılması, həmçinin 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur.

"Вестник Кавказа" Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid konsepsiya əsasında inkişaf etdirilməsi, eləcə də Zəngəzur dəhlizinin nəqliyyat imkanları ilə bağlı fikirləri xüsusi qeyd edib.

"NEWS.ru" portalı isə Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə elektrik verilişi xətlərinin çəkilməsi layihəsinin hazır olması barədə Prezident İlham Əliyevin açıqlamasını yayıb.

Gürcüstanın "Interpressnews.ge", "1TV.ge" və "BPN.ge" xəbər portalları da Prezident İlham Əliyevin fikirlərinə geniş yer verib.

"1TV.ge" saytı dövlətimizin başçısının Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın Ermənistan üçün əhəmiyyəti ilə bağlı açıqlamalarını oxucularına çatdırıb. Eyni zamanda, sənədin Ermənistan üçün kapitulyasiya aktı kimi qiymətləndirilməsi barədə fikirlərə də diqqət ayrılıb.

"Interpressnews.ge" portalının xəbərində qeyd edilib ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyətindədir. Bu istiqamətdə əsas marşrut Gürcüstan və Türkiyə ərazilərindən keçəcək. Eləcə də Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanıb. Sayt, həmçinin Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının bütün region üçün təhlükə mənbəyi olduğu, onun gec-tez fəaliyyətinin dayandırılmasının zəruriliyi və TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisində elektrikötürücü infrastrukturun yaradılması ilə bağlı fikirlərini ayrıca yayımlayıb.

"BPN.ge" isə yaydığı informasiyada Azərbaycanın Avropa enerji bazarına çıxmaq planını, bu məqsədlə Gürcüstan və Türkiyə üzərindən keçəcək marşrutun əhəmiyyətini ön plana çıxarıb. Portal dövlətimizin başçısının bu marşrutun hazırda yeganə çıxış yolu olması barədə fikrini sitat olaraq gətirib: "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik".

"Ambebi.ge" saytı da öz oxucularına Prezident İlham Əliyevin Ermənistanın atom elektrik stansiyasının köhnəlməsi və regiona təhlükə yaratması, stansiya bağlandıqdan sonra yaranacaq enerji böhranı ilə bağlı fikirlərini təqdim edib.

Türkiyə mediası da Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi mühüm məqamları geniş işıqlandırıb.

"Anadolu Agentliyi", "Haberler.com", "Doğruhaber" və "Yeni Akit" kimi portallar xəbərlərində Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin icrasına başlanılması, dəhlizin illik ən azı 15 milyon ton yükdaşıma potensialı və onun nəqliyyatla yanaşı, fiber-optik, elektrik, gələcəkdə isə neft və qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı fikirlərinə geniş yer ayırıb.

"Yozgat", "Türkgün", "YeniBirlik", "SonDakika.com" və "Saraymedya" Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olmasına, Cəbrayılda böyük yarımstansiyanın inşasına və Zəngəzur dəhlizinin enerji komponentinə diqqət yetirib.

"Ankara NetHaber" enerji dəhlizinin Ermənistan ərazisindən Naxçıvana, oradan Türkiyə və Avropaya uzanacağını, rəsmi İrəvan üçün alternativ enerji mənbəyi yarada biləcəyini vurğulayıb.

"Yeni Akit" qəzeti Ermənistanın atom elektrik stansiyasının yaratdığı təhlükəyə, "Fikirturu.com" portalı isə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında "C5+1" formatında nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın əhəmiyyətinə dair fikirləri oxucularına çatdırıb.

"TRHaber" ABŞ, Azərbaycan və Ermənistanın Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanatını işıqlandıraraq, sənəddə ötən il keçirilən görüşdən sonra əldə olunan irəliləyişlərə diqqət çəkildiyini, uzun illər davam edən münaqişəyə son qoyan təməlin möhkəmləndirilməsi və Cənubi Qafqazın daha firavan gələcəyə yönəldilməsi istiqamətində qətiyyətin ifadə olunduğunu qeyd edib.

Şimali Kiprin "Kıbrıs Türk" informasiya portalı isə Prezident İlham Əliyevin Naxçıvana Ermənistan ərazisindən elektrik xəttinin çəkilməsi layihəsinin hazır olması, Zəngəzur dəhlizinin yalnız nəqliyyat deyil, həm də enerji, fiber-optik və gələcəkdə neft-qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı açıqlamalarına yer verib. Portal, həmçinin yaradılacaq enerji dəhlizinin Naxçıvandan Türkiyəyə və Avropaya uzanacağını, Azərbaycanın elektrik enerjisi ilə Avropa bazarına çıxmaq planı ilə bağlı fikirləri təqdim edib.

AZƏRTAC

Son xəbərlər

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31