Kukla Teatrında cari mövsümün təntənəli bağlanış mərasimi keçirilib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında cari mövsümün, teatrın 90-cı mövsümünün təntənəli bağlanış və “Teatrın dostu” nominasiyası üzrə mükafatlandırma mərasimi təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kukla Teatrının 90-cı teatr mövsümünü də uğurla başa vurmasından danışan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu mövsümdə də olan uğurlu işlərdən və teatrın qastrol səfərlərindən, eləcə də beynəlxalq festivallarda çıxışlarından danışıb. Qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə rəğmən istər onlayn tamaşa nümayişlərində, istərsə də məhdudiyyətlərin aradan qaldırılmasından etibarən kuklaçılar fasiləsiz olaraq balaca tamaşaçılar qarşısında tamaşalar, premyeralar, mədəni-sosial layihələr, kütləvi konsert və nümayişlərlə daim fəaliyyətdə olublar: "Mövsüm ərzində teatrımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq teatr festivalında uğurla təmsil olunaraq, üç diplom ilə təltif olunub. Teatrın yaradıcı heyəti, eləcə də “Oyuq” teatr-studiyasının fəalları Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya festivalında uğurlu çıxışları ilə yadda qalmağı bacarıblar", - deyə teatrın direktoru bildirib.

Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov mövsüm ərzində teatrın uğurlu fəaliyyətindən danışaraq gələcək üçün daha da böyük plan və işlərin olduğunu vurğulayıb: "Teatr müəssisəsi olaraq tamaşa planını, eləcə də müxtəlif mövzularda hazırladığımız səhnə işlərini də uğurla təqdim etmişik. 2021-ci ilin oktyabrından etibarən 4 tamaşanı ərsəyə gətirib, teatrsevərlərin ixtiyarına vermişik. Növbəti mövsümə də böyük sevgi və həvəslə hazırlaşırıq. Siz tamaşaçıları yenə fərqli tamaşalar, layihələr ilə sevindirəcəyik".

Teatrın baş rəssamı İqbal Əliyev çıxış edərək ümumən bu mövsüm ərzində teatrda qurulan tamaşalar haqında danışıb: "Bu gün teatr təmsilçiləri olaraq mövsümün bağlanışını bayram edirik. Bu xoş gündə sevincimizə qoşulan hər kəsə təşəkkürümüzü bildiririk".

Daha sonra “Teatrın dostu” nominasiyası üzrə teatrın seçilən əməkdaşları ilə yanaşı mövsüm ərzində Kukla teatrı ilə davamlı əməkdaşlıq edən bəzi mətbuat nümayəndələri də mükafatlarla təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31