Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatı göstərir ki, xərçəngin diaqnostika və müalicəsində əldə olunan mühüm elmi nailiyyətlərə baxmayaraq, milyonlarla insan hələ də keyfiyyətli tibbi xidmətə çıxış imkanından məhrumdur.

Hesabata görə, hər beş nəfərdən biri xərçəng diaqnozu alacaq, insanların 92 faizi isə xəstəlikdən ya birbaşa, ya da ailə üzvləri vasitəsilə təsirlənəcək.

ÜST-ün Xərçənglə Mübarizə Bölməsinin rəhbəri doktor Andre İlbavi bildirib ki, son illərdə xərçəngin müalicəsində böyük elmi irəliləyişlər əldə olunsa da, bu inkişaf bütün ölkələr üçün eyni dərəcədə əlçatan deyil.

ÜST-ün 2026-cı il Qlobal Xərçəng Hesabatında xərçəngin profilaktikası, diaqnostikası, müalicəsi və sonrakı qayğı xidmətlərinə çıxışda “davamlı və dərinləşən bərabərsizliklər”in mövcud olduğu vurğulanır.

Məlumata görə, hər il dünyada təxminən 20,6 milyon yeni xərçəng halı qeydə alınır və 10 milyon insan bu xəstəlikdən həyatını itirir. Proqnozlara əsasən, 2050-ci ilədək yeni xəstəliklərin sayı 35 milyona çata bilər.

Hesabat göstərir ki, yüksək gəlirli ölkələrdə döş və uşaqlıq boynu xərçəngi diaqnozu qoyulan xəstələrin 85 faizi ən azı beş il yaşayır. Aşağı gəlirli ölkələrdə isə bu göstərici 30 faizdən də aşağıdır.

ÜST-ün əsas xərçəng dərmanları siyahısına daxil edilən preparatların aşağı və aşağı-orta gəlirli ölkələrdə cəmi 9-54 faizi əlçatandır. Yüksək gəlirli ölkələrdə isə bu göstərici 68-94 faiz arasında dəyişir. Bundan əlavə, dünyada 23 ölkədə radioterapiya xidməti, ümumiyyətlə, mövcud deyil.

Hesabatda qeyd olunur ki, ölkələrin təxminən üçdə ikisi universal tibbi sığorta paketlərinə xərçəng xidmətlərini daxil etməyib. Yüksək müalicə xərcləri səbəbindən bəzi regionlarda xəstələrin 90 faizə qədəri müalicəni yarımçıq dayandırmaq məcburiyyətində qalır.

ÜST-ün apardığı qlobal sorğu xərçəngin yalnız tibbi deyil, həm də ciddi iqtisadi və psixoloji problemlər yaratdığını ortaya qoyub. Xəstələr və onların ailələri maddi çətinliklər, psixoloji gərginlik və uzunmüddətli qayğı yükü ilə üzləşirlər.

Nigeriyalı döş xərçəngi xəstəsi və xəstə hüquqları müdafiəçisi Abigail Saymon-Hart bildirib ki, bəzi ailələr müalicə xərclərini ödəmək üçün uşaqlarını məktəbdən çıxarmaq məcburiyyətində qalırlar. O, həmçinin bəzi qadınların sosial damğalanma qorxusundan həyat qurtaran mastektomiya əməliyyatından imtina etdiyini vurğulayıb.

Bununla yanaşı, hesabatda müsbət tendensiyalar da qeyd olunub. Uşaqlıq boynu xərçənginin aradan qaldırılması üçün effektiv strategiyaların formalaşdığı, tütün istifadəsinin azaldığı və bir çox ölkədə milli xərçəng proqramlarının hazırlandığı bildirilib.

Bildirilib ki, hər 10 xərçəng hadisəsindən 4-ü tütün istifadəsi, infeksiyalar, alkoqol qəbulu və artıq çəki kimi qarşısı alına bilən risk faktorları ilə bağlıdır.

ÜST hökumətləri xərçənglə mübarizədə yalnız müalicəyə deyil, profilaktika, erkən diaqnostika və xəstələrə göstərilən uzunmüddətli qayğı xidmətlərinin maliyyələşdirilməsinə də daha çox diqqət ayırmağa çağırıb.

Son xəbərlər

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31