
Xəbərlər
9.07.2026, 00:32
Həyatımda ilk kəs Lerikdə oldum-gözəl Lerikdə!
İldırım Əlişoğlu
Bu Lerik ,deyəsən, soyuqdan qorxur,
Əyninə meşədən paltar geyinib.
Bu dağlar basıbdı onu qoynuna,
Sakitdi, dinməzdi deyə öyünüb.
Çayların dolayıb onun belinə,
Küləyi sığaldı hər vaxt telinə,
Qayaları çimir tez-tez , selinə,
Ellərinin qəlbi onnan döyünüb.
Gözəl ürəklidir qızı,həm oğlu,
Əksəri sevgiylə yurduna bağlı,
Seviləsi yerdi , aranlı, dağlı,
İldırım hey ordan danışıb , dinib!
07.07.2026
Bu Lerik ,deyəsən, soyuqdan qorxur,
Əyninə meşədən paltar geyinib.
Bu dağlar basıbdı onu qoynuna,
Sakitdi, dinməzdi deyə öyünüb.
Çayların dolayıb onun belinə,
Küləyi sığaldı hər vaxt telinə,
Qayaları çimir tez-tez , selinə,
Ellərinin qəlbi onnan döyünüb.
Gözəl ürəklidir qızı,həm oğlu,
Əksəri sevgiylə yurduna bağlı,
Seviləsi yerdi , aranlı, dağlı,
İldırım hey ordan danışıb , dinib!
07.07.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











