Turaztv.az » Xəbərlər » Qəzəlsayağı şeir - FOTO
Xəbərlər

Qəzəlsayağı şeir - FOTO

09.07.2026, 14:04 211
Adil Cəfakeş,
"SARI AŞIQ " ədəbi məclisinin təsisçisi və rəhbəri

Ey pəri, könlümü qan eylədin getdin, gəlmədin,
Məni sən lap pərişan eylədin, getdin, gəlmədin.

Canı hicran oduna yandırıb kül eyləyərək,
Qəlbimi tərki-məkan eylədin getdin, gəlmədin.

Ahü-naləm ucalıb ta ərşü-əlaya qədər,
Gecəmi hicr ilə dan eylədin getdin, gəlmədin.

Gül açmır bağça-bağım, zövqi-bahar yoxdu mənə,
Ömrümü fəslü-xəzan eylədin getdin, gəlmədin.

Vəslinə yetmək üçün yalvarıram sübhə qədər,
Sən məni lap nagüman eylədin getdin, gəlmədin.

Adiləm, ah çəkirəm, dağ-dağ olubdur ürəyim,
Çün məni sən peşiman eylədin getdin, gəlmədin.

Oxşar xəbərlər