
Xəbərlər
8.05.2023, 01:17
GECƏ VƏ GÜNDÜZ - FOTO
GECƏ VƏ GÜNDÜZ
Axşamın gözündə işıqlar söndü,
Nur dolu otaqlar zülmətə döndü,
Şənliyi döndərdi dilxorçuluğa,
Söndürən görəsən nələr düşündü.
Aydın işıqlığa alışıb ürək,
Əriyib işığa qarışıb ürək,
İşıqlı qəlblərə zülmət çəkəndə,
Gündüz tək gecəylə çarpışıb ürək.
Günəşdən nur alıb gözlərim mənim,
Üfüqlə açılıb səhərim mənim,
Gecəni sübhəcən masa önündə,
Nurla qidalanıb sözlərim mənim.
Əsrlər etsə də neçə-neçə yüz,
Hər əsr,hər fəsil gecə və gündüz,
Özünün qayəsi,nuru uğrunda,
Çarpışıb,çarpışır gecə və gündüz.
Nur dolu otaqlar zülmətə döndü,
Şənliyi döndərdi dilxorçuluğa,
Söndürən görəsən nələr düşündü.
Aydın işıqlığa alışıb ürək,
Əriyib işığa qarışıb ürək,
İşıqlı qəlblərə zülmət çəkəndə,
Gündüz tək gecəylə çarpışıb ürək.
Günəşdən nur alıb gözlərim mənim,
Üfüqlə açılıb səhərim mənim,
Gecəni sübhəcən masa önündə,
Nurla qidalanıb sözlərim mənim.
Əsrlər etsə də neçə-neçə yüz,
Hər əsr,hər fəsil gecə və gündüz,
Özünün qayəsi,nuru uğrunda,
Çarpışıb,çarpışır gecə və gündüz.
Cəmil Zəbhullaoğlu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















