Rauf İlyasoğlu

Dövlətin əsas vəzifəsi vətəndaşın rifahını təmin etməkdir. Hər bir ailənin sosial müdafiəsi gücləndirilməli, uşaqlı ailələrə uşaqpulu verilməsi, minimum pensiyanın real yaşayış minimumuna və bazar səbətinə uyğunlaşdırılması daim diqqətdə saxlanılmalıdır. İnsanlar uzun illər işlədikdən sonra layiqli pensiya almaq istəyirlər. İş stajı tələblərinə görə pensiya ala bilməyən və yalnız aşağı məbləğdə müavinətlə dolanan insanların vəziyyəti ciddi narahatlıq doğurur.
Digər tərəfdən, cəmiyyətdə tez-tez belə bir sual səslənir: yüksək maaş və müxtəlif təminatlar alan deputatlar xalqın sosial problemlərinin həlli üçün kifayət qədər təşəbbüs göstərirlərmi? Milli Məclisdə işsizlik, aztəminatlı ailələrin durumu, pensiyaçıların dolanışığı, uşaqpulu və regionların inkişafı ilə bağlı hansı mühüm təkliflər irəli sürülüb?
Bu gün 40 yaşdan yuxarı minlərlə insan iş tapmaqda çətinlik çəkir. Gənclər isə iş və yaşayış imkanlarının məhdudluğu səbəbindən ölkəni tərk etməyə üstünlük verirlər.
Çıxış yolu yeni istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, bölgələrdə iş yerlərinin açılması və sahibkarlığın dəstəklənməsidir.
Narahatlıq doğuran məsələlərdən biri də narkomaniyanın yayılmasıdır.
Hər bir deputat seçildiyi dairədə bu bəla ilə mübarizə üçün hansı təşəbbüsləri göstərdiyini cəmiyyətə izah etməlidir. Gənclərin sağlam gələcəyi siyasi mübahisələrdən daha vacibdir.
Təəssüf ki, bəzən ictimai müzakirələrdə ciddi problemlər əvəzinə mənasız və məsuliyyətsiz açıqlamalar gündəmə gəlir. Belə çıxışlar insanların real sosial qayğılarını arxa plana keçirir və cəmiyyətdə narazılıq yaradır.
Xalqın gözləntisi sadədir: sosial ədalət, layiqli yaşayış, iş yerləri, şəffaf idarəetmə və seçicisinin yanında olan deputat.
Millətin etimadı yalnız sözlə deyil, əməli fəaliyyətlə qazanılır.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930