
Xəbərlər
9.07.2026, 13:02
HƏSƏNXAN ƏSƏD : Sənətin məğrur qadını - FOTO
Əziz dostum,gözəl insan,gözəl müğənnimiz,çox hörmətli Ofeliya Şabanova xanıma.
Özün bir hurisən, sənətin dahi,
Sənu bu millətə yetirib ALLAH.
Səsinsə səslərin üstünü, şahı,
Verib duyğuları, gətirib ALLAH!
Şahsənəm qeyrətli, Həcər mehirli,
Fatmanın, Şövkətin barı Ofelya.
Ritmlər rəngbərəng, səsi sehirli,
Sənət dünyasının varı Ofelya.
Parladı səmada, günəş boylandı,
Sənətə ismətlə qoşa büküldü,
Ofelya adına diqqət, söyləndi,
Getdiyi hər yerdə başa çəkildi.
Əlçatmaz, xoş arzu oldun çoxuna,
Könüllər fəth etdin insanlığınla.
Gecələr qataraq haram yuxuna,
Yüksəldin zirvənin ucalığına.
Şirin avazında duyğu dil açır,
Ruhları oxşayır hər atan nəbzin.
Qaranlıq gecəyə aytək nur saçır,
Şadrağ zənguləndə muğam əzizim.
Qadın qeyrətini, qadın adını,
Qaldırdın zirvəyə sənətlə qoşa.
Hopdurdun qəlblərə musiqi odun,
Yaşa sənətinlə, Ofelya yaşa!
Bəzən bahar oldun, bəzən qış oldun,
Paxıl ürəklərə saldın odunu.
Adına yeni bir ad da qoşuldu,
Sənətin yenilməz məğrur qadını!
Sənətin yenilməz məğrur qadını!
13.06.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














