Bəzən elə insanlar olur ki, onların həyatı təkcə yaşadıqları illərlə deyil, yetişdirdikləri nəsillərlə ölçülür. Belə insanların ömür yolu bir məktəb, adı isə bir örnək olur. Lahıcın yetirdiyi görkəmli ziyalı, ömrünü Azərbaycan təhsilinə həsr etmiş Həşimov Əbülfəz Ağa oğlu da məhz belə şəxsiyyətlərdən idi.
29 iyul 1927-ci ildə qədim Lahıc qəsəbəsində dünyaya göz açan Əbülfəz müəllim hələ gənclik illərindən elmə, biliyə və müəllimlik sənətinə böyük məhəbbət bəsləmişdi. 1944-cü ildə İsmayıllı orta məktəbini bitirdikdən sonra müəllim hazırlayan kursda təhsil alaraq çox gənc yaşlarından müəllimlik fəaliyyətinə başlamışdı. O, ilk əmək addımlarını Yeniyol kənd məktəbində müəllim və məktəb müdiri, sonralar Təzəkənd məktəbində çalışmışdı. Daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində ali təhsil alaraq peşəkar riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirmişdi.
Basqal, İsmayıllı və xüsusilə doğma Lahıc məktəblərində yarım əsrdən artıq bir dövr ərzində müəllim, direktor müavini, direktor və təşkilatçı kimi çalışması onun təhsil sahəsində nə qədər əvəzsiz xidmətlər göstərdiyini təsdiq edir. O, sadəcə riyaziyyat öyrətmirdi. O, insan yetişdirirdi, xarakter formalaşdırırdı, gənclərə dürüstlük, zəhmətkeşlik və Vətən sevgisi aşılayırdı.


Əbülfəz müəllim son dərəcə intizamlı, səliqəli və məsuliyyətli insan idi. Onu tanıyanlar yaxşı bilirdilər ki, o, həmişə zövqlə geyinər, şux görkəmi, gülər üzü və yüksək mədəniyyəti ilə seçilərdi. Onun səliqəli geyimi daxili aləminin, nizam-intizamının və həyat fəlsəfəsinin təzahürü idi. O, hər zaman müəllim adına layiq davranışı ilə ətrafındakılara nümunə olurdu.
Müəllimlik onun üçün sadəcə peşə deyildi. Bu, onun həyat amalına çevrilmiş müqəddəs bir missiya idi. Minlərlə şagird onun sinfindən həyata vəsiqə aldı. Bu gün həmin yetirmələr Azərbaycanın müxtəlif bölgələrində və dünyanın müxtəlif ölkələrində çalışaraq öz müəllimlərinin adını ehtiramla yad edirlər. Şagirdlərinin qazandığı hər bir uğur Əbülfəz müəllimin ömür kitabının yeni bir səhifəsi idi.
Əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, "1941–1945-ci illərdə Vətən müharibəsi illərində fədakar əməyə görə" və "Fədakar əməyə görə" medalları ilə təltif olunmuş, "Baş müəllim", "Metodist müəllim" və "SSRİ Maarif Əlaçısı" fəxri adlarına layiq görülmüşdür. Lakin onun üçün ən böyük mükafat insanların sevgisi, həmkarlarının hörməti və şagirdlərinin sonsuz ehtiramı idi.
Ailəsinə bağlılığı da onun şəxsiyyətinin ayrılmaz hissəsi idi. Üç qız övladı, dörd nəvəsi və iki nəticəsi onun ömür ağacının barlı budaqları, həyatının ən böyük sevinc mənbəyi olmuşdur.
2026-cı il iyulun 21-də, 99 yaşında bu dünyaya vida edən Əbülfəz müəllim cismani olaraq aramızdan getsə də, onun xatirəsi heç vaxt unudulmayacaq. Çünki müəllim ölmür. Onun ömrü yetişdirdiyi şagirdlərin vicdanında, öyrətdiyi biliklərdə, aşıladığı mənəvi dəyərlərdə yaşayır.
Bu gün Lahıcın daş küçələri, məktəbin sinif otaqları, müəllim masasının sakitliyi sanki onun yoxluğunu hiss edir. Lakin hər zəng səsində, hər açılan dərs kitabında, hər məktəbli baxışında Əbülfəz müəllimin izi görünür. O, ömrünü xalqının maariflənməsinə həsr etmiş, ləyaqəti, ziyalılığı, təvazökarlığı və yüksək insanlığı ilə nəsillərə örnək olmuş böyük müəllim idi.
Əziz Əbülfəz müəllim!
Sizin nurlu simanız, müdrik baxışlarınız, səmimi təbəssümünüz və hər zaman şux, səliqəli görünüşünüz sizi tanıyanların yaddaşından heç vaxt silinməyəcək. Siz öz ömrünüzlə sübut etdiniz ki, müəllim adı ən uca adlardan biridir.
Ruhunuz şad olsun! Allah Sizə rəhmət eləsin, məkanınız cənnət olsun. Sizin ömür yolunuz gələcək müəllim nəsilləri üçün həmişə nur saçan bir mayak, insanlıq və ziyalılıq məktəbi olaraq yaşayacaq.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930