Xəbərlər
21.12.2025, 01:30
ŞAGİRDLƏR ÜÇÜN DÖYÜNƏN ÜRƏK SAHİBİ VƏ YAXUD FƏDAKAR İCTİMAYƏTÇİ - FOTO
HACIMƏMMƏD MƏMMƏDOV
Bəzən ömrü şama oxşadırlar. O, yanır, alovlanır, əriyir. Elvüsal müəllimin ömrü də öz şagirdləri üçün şam kimi şölələnir. O, qayğıkeş bir ata, həm gözəl müəllim, həmçinin nümunəvi təşkilatçıdır. Ömrünün mənasını balalarımızın təlim-tərbiyəsi kimi çox vacib və ülvi bir işə sərf etməkdə görən Elvüsal İlyas oğlu Babayev İsmayıllımızın fəxrdir.
Onun haqqında hamı ağız dolusu danışır. Elvüsal müəllim insana xas olan bütün müsbət kefiyətlərə malikdir. Onun taleyinə məsuliyətli, çətin və şərəfli bir vəzifə - gənc nəslin təlim-tərbiyəsi, təhsil sistemimizin inkişaf etdirilməsi yazılmışdır.
Elvüsal İlyas oğlu Babayev 12 sentyabr 1981-ci ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1999-cu ildə Mirzəağa Əzimov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbini bitirib. Elə həmin il Gəncə Dövlət Universitetinin Kimya- biologiya fakültəsinin Biologiya ixtisasına qəbul olunub. 2003-cü ildə Universiteti bitirib.
Hərbi xidmətdə Naxçıvan Muxtar Respublikanın "N" saylı hərbi hissəsində xidmət edib.
2004-cü ildən İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim çalışmağa başlayıb. 2011-ci ildən məktəbin direktor müavini vəzifəsinə irəli çəkilərək, hal-hazıra kimi vəzifəsini şərəflə icra edir. Onun məktəbdə həm müəllim, həm də direktor müavini kimi əsas işi diqqətəlayiqdir. Elvüsal müəllim öz fənnini dərindən dən bilən və onuöz şagirdlərinə sevdirməyi bacaran bir müəllim kimi məktəb kollektivinin də hüsn- rəğbətini qazanıb.
E. Babayev zamanın nəbzini tutmağı bacarır, yenilik hissilə yaşayır. Elvüsal müəllim günün çox hissəsini məktəbin kitabxanasında, şagirdlərlə birlikdə keçirir. O, burada şagirdlərə lazım olan ədəbiyyatı seçir, sərgilər düzəldir, kitabxanaçıya məsləhətlər verir, şagirdlərin elmi-nəzəri, siyasi-kütləvi, bədii kitabları, qəzet və jurnalları müntəzəm oxumalarına xüsusi qayğı göstərir. Biz bunu Azərbaycan poeziyasının milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa edən görkəmli xalq şairimiz Bəxtiyar Vahabzadənin 100 illik yubiley tədbirində də olduq.
Elvüsal müəllim bacarıqlı təşkilatçıdır. İş planı tərtib edərkən qabaqcıl məktəblərin iş təcrübəsini əsas götürür. O, Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanına layiq görülüb. Təhsil sektorunun və digər təşkilatların diplom və fəxri fərmanları ilə mükaflandırılıb.
Elvüsal İlyas oğlu Babayevin ictimai-siyasi həyatda da xüsusi yeri var. O, 89 saylı DSK-nın 6 saylı məntəqə seçki komissiyasının sədridir. İşi, bacarığı ilə seçilir.
Səriştəli pedaqoq, qabiliyyətli və xeyirxah insan olan Elvüsal müəllimə daha yeni-yeni uğurlar diləyirik.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay