Azərbaycan təhsilinin və ictimai düşüncəsinin inkişafında xüsusi çəkisi olan ziyalıların həyat yolu hər zaman nümunəvi məktəb rolunu oynayıb. Belə şəxsiyyətlərdən biri – Kəlbəcərin yetirdiyi dəyərli ziyalı, pedaqoq və təşkilatçı Arzuman Qarayev bu gün özünün həyat və fəaliyyətinin növbəti müdrik yaşını qeyd edərkən, arxada qoyduğu zəngin və şərəfli ömür yolu bir daha ehtiramla xatırlanır.
1960-cı ildə Kəlbəcər rayonunda dünyaya göz açan Arzuman Qarayevin həyat yolu elə gənclik illərindən məsuliyyət, zəhmət və vətənə bağlılıq prinsipləri üzərində qurulub. 1977-ci ildə “Yenilik” qəzetində başlayan əmək fəaliyyəti onun ictimai proseslərə erkən qoşulmasının bariz nümunəsi idi. 1979–1981-ci illərdə hərbi xidmət keçməsi isə onun vətən qarşısında borcunu layiqincə yerinə yetirməsinin ilk mərhələlərindən biri kimi yadda qaldı.
Ali təhsilini 1986-cı ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində başa vuran Arzuman müəllim, 1991-ci ildə Bakı Ali Partiya Məktəbini bitirərək həm elmi, həm də idarəçilik baxımından özünü sistemli şəkildə formalaşdırdı. 1984-cü ildən etibarən pedaqoji fəaliyyətə başlayan bu dəyərli ziyalı artıq 40 ildən çoxdur ki, müəllimlik peşəsinin şərəfini ləyaqətlə daşıyır.

Müxtəlif dövrlərdə komsomol və partiya orqanlarında, eləcə də məşğulluq strukturlarında məsul vəzifələrdə çalışması onun idarəçilik bacarıqlarını daha da təkmilləşdirmiş, cəmiyyətə faydalı olmaq missiyasını daha geniş miqyasda həyata keçirməsinə şərait yaratmışdır. 2008–2011-ci illərdə müəllim kimi fəaliyyət göstərdikdən sonra 2011-ci ildən Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbinin direktoru kimi çalışması isə onun təhsil sahəsində lider mövqeyini daha da möhkəmləndirmişdir.

Arzuman Qarayev təkcə peşəkar pedaqoq deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi tanınır. O, şagirdlərinə yalnız bilik deyil, həm də həyat dərsi aşılayan, milli-mənəvi dəyərləri sevdirən, vətənpərvərlik ruhunu formalaşdıran bir müəllimdir. Məktəb kollektivində onun adı hər zaman ədalət, prinsipiallıq və səmimiyyət anlayışları ilə yanaşı çəkilir. Müəllim və şagirdlərə göstərdiyi diqqət, qayğı və hörmət onun rəhbərlik üslubunun əsas sütunlarını təşkil edir.
Onun ən səciyyəvi xüsusiyyətlərindən biri də insanlara qarşı həssas münasibəti, ehtiyacı olanlara dəstək olmağı özünə borc bilməsidir. Bu keyfiyyətlər Arzuman müəllimi yalnız bir rəhbər deyil, həm də hər kəsin güvəndiyi, müraciət etdiyi bir ağsaqqal simasına çevirib. Kəlbəcər ziyalıları arasında qazandığı nüfuz da məhz bu insani və mənəvi dəyərlərin nəticəsidir.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının qərargahında keçirilən görüşdə onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət yüksək qiymətləndirilib, ictimai-siyasi həyatda, təhsilin inkişafında və gənc nəslin formalaşmasında oynadığı rol xüsusi vurğulanıb. Bu, əslində bir insanın ömrünü xalqa xidmətə həsr etməsinin rəsmi və mənəvi təsdiqi idi.
Bu gün doğma Kəlbəcərin azad olunması və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi fonunda Arzuman Qarayev kimi ziyalıların fəaliyyəti daha da böyük əhəmiyyət kəsb edir. Çünki bu torpaqlara həyatın qayıdışı yalnız infrastrukturla deyil, həm də belə dəyərli insanların mənəvi varlığı ilə mümkündür.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Müsurov tərəfindən Arzuman Qarayevə təqdim olunan Fəxri Fərman onun uzunillik səmərəli fəaliyyətinə verilən yüksək dəyərin bariz ifadəsidir. Bu təltif Arzuman müəllimin təhsil sahəsindəki ardıcıl və məqsədyönlü xidmətlərinin, ictimai həyatda fəal mövqeyinin və gənc nəslin milli ruhda formalaşmasına verdiyi töhfələrin rəsmi şəkildə qiymətləndirilməsi kimi xüsusi əhəmiyyət daşıyır. Belə bir ali etimad, eyni zamanda onun ziyalı mövqeyinin, dövlətçilik prinsiplərinə sədaqətinin və cəmiyyət qarşısında məsuliyyət hissinin təsdiqi kimi diqqət çəkir.

Arzuman müəllimin həyat yolu bir daha sübut edir ki, ziyalılıq təkcə bilik deyil, həm də məsuliyyət, vicdan və xalqa sədaqət deməkdir. Onun ömür yolu gənc nəslə örnək, cəmiyyətə isə dəyərli bir istiqamətdir.
Bu əlamətdar gün münasibətilə Arzuman Qarayevə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində yeni uğurlar arzulayırıq. Onun kimi ziyalıların varlığı cəmiyyətimizin ən böyük mənəvi sərvətidir.
Cəmilə Çiçək
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru

Son xəbərlər

“Meri Poppins” nağılının sehrli səhnə həyatı – Bakıda premyera - FOTO

Tramp ABŞ-ın İrandan yeni təklif aldığını bildirib

LİLPAR CƏMŞİDQIZI : Kamilliyin yolun tapan insan çatar yüzə - FOTO

Ziyalılığın ünvanı və sədaqətin simvolu: Arzuman Qarayev ömrünün mənalı yolunda - FOTOLAR

"Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub

Atəşkəsə baxmayaraq, hücum əmri verdi

"Nilay"ın 9 milyonluq "Porsche"si - FOTO

Zaur Kamal efirə qayıdır

Üzeyir Hacıbəyli irsi elmi-praktiki konfransda müzakirə olundu - FOTOLAR

Tatlısesin qızının paylaşımı müzakirə yaratdı

Maykl Ceksonun “ikinci ailəsi”ndən şok ittiham - “Bizi əsgər kimi yetişdirmişdi”

İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

Cəmi 4 tarix: bu günlərdə dahilər doğulur

Yoxsullarla varlıları ayıran 5 vərdiş

Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Xalq artisti Həmidə Ömərovanın doğum günüdür

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”

Rusiya Dnepri vurdu - Ölən və yaralananlar var

Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb

Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır

İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var YENİLƏNİB

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930