Dost haqqında elegiya

Mən onunla bir neçə gün əvvəl telefonda danışmışdım, hal-əhval tutmuşdum. Deyirdi ki, ağrınır, amma əvvəlki kimi qorxulu deyil. Sən demə, məni, dostlarını arxayınlaşdırırdı. Səsi əvvəlki kimi idi, sözü pıçıltıyla deyirdi. Amma real vəziyyəti isə tamam başqa imiş… Bu sətirləri yazarkən onun kişiyana görkəmi, təmiz vücudu, dağ vüqarlı baxışı gözlərimin önündən getmir. Öz-özümə sual verirəm: axı niyə belə etdi o? Ona dəfələrlə deyirdim ki, balalarını yerbəyer elə, sonra nə istəyirsən, ürəyindən nə keçir elə. O da məni, ətrafına toplaşıb öyüd-nəsihət verənləri arxayınlaşdırırdı ki, hər şey yaxşı olacaq. Amma hər şey onun dediyi və fikirləşdiyi kimi yaxşı olmadı. Allahın fikirləşdiyi və məsləhət bildiyi, buyurduğu kimi oldu: O bizi çox erkən tərk etdi…
Sonuncu danışığımızda demişdim ki, qardaş, hazırda iki nəfərdən ötrü darıxırıq: biri Amerikada səfərdə olan işçin Rizvan müəllimdi, biri də sənsən. Rizvan müəllim Amerikadan gəldi işə qayıtdı, sən isə qayıtmadın ay etibarsız… Biz səni arzulayırdıq, səni görmək istəyirdik, kefini soruşmaq istəyirdik, sən isə bizim ümidlərimizi puça endirdin…

“Səsini eşitmək istəyirdik...”. Ayların, günlərin, saatların anlara çevrilmə axarında bu sözlər zəifləyə-zəifləyə qulağımda təkrarlanıb itir...
Martın 26-dan 27-nə keçən günün səhəri acı bir xəbər Bakıya yayıldı, media qurumlarında başsağlıqları verildi, ailəsinə, yaxınlarına səbir diləndi. Haqqında üçüncü şəxs qismində yazdığım şəxs “Azərbaycan” qəzetinin şöbə müdiri, birinci və ikinci Qarabağ savaşlarının iştirakçısı, redaksiyada veteran, cənab leytenant deyə çağırdığımız sevimli dostumuz Rəşad Füzuli oğlu Baxşəliyevdir.
Bİz dostları, iş yoldaşları onların həyətlərinə çatanda ora toplaşanlar bizə baxıb vahiməli, uğultulu səslə ağlaşırdılar... Mən də kövrələ-kövrələ Rəşad haqqında sizə beləcə danışıram... Qüdrətli qardaşım Rəşad!.. Kiçik qardaşım Rəşad!.. “Həsrət” qardaşım Rəşadl!.. Xoşbəxt qardaşım Rəşad!.. Qəribə taleli nəhəng qardaşım Rəşad!.. Sehirli-sirli qardaşım Rəşad!.. Nə boyda sehri varmış qardaş sözünün, qardaş istəyinin, İlahi!.. Bu sətirləri yazmazdan qabaq tələbə dostum, iş yoldaşım Elşən Qəniyevlə danışanda ikimiz də kövrəldik, sənin haqqında o ki var danışdıq. Elşən qardaşımız dedi ki, həqiqətən mən kiçik qardaşımı itirdim. Çölə çıxıb hayqırsam, görən Rəşad səsimə səs verərmi?
İkimiz də sözləşibmiş kimi dilləndik: Rəşadın ölümünə dözə bilmirik. Hisslərimiz iradəmizi üstələməkdədir. Qarşıda işlər çox idi. Yaxınlarının, el-obasının, Vətəninin, xalqının, dostlarının borcundan çıxmaq üçün bu yaşadək nə bacarmısdısa, etmişdi Rəşad. Sənin haqqında az-çox bildiklərimi yazmaqla özümü ovundurmaq istəyirəm. Bildiklərimin bir hissəsini yazdım. Sənin haqqında çox, lap çox yazmaq istəyirəm. Amma qəhər buna imkan vermir…
Erməni gülləsi, mərmisi səni öldürə bilmədi, müharibə içindəki Vətən istəyini, məhəbbətini, torpaq eşqini qıra, boğa bilmədi, sən odun-zlovun içindən sağ-salamat çıxdın, ailənə, balalarının və çalışdığın kollektivin yanına üzüağ qayıtdın. Amma bir ürəklə bacara bilmədin. İstəsəydin, bacarardın... Heyf səndən!..
Buradakı üç nöqtələr gözümdən axan göz yaşlarımın bir hissəsinin təcəssümüdür. Yazdığım cızma-qaramın üstündə işləmədim, necə yazmışdımsa, eləcə də saxladım. Hər dəfə Rəşadın qəhəri məni boğanda yazdıqlarımı oxuyacağam…
Son vaxtlar özümə söz vermişdim ki, müəyyən müddətdə acı göz yaşlarına köklənən yazılar yazmayacağam. Artıq yorulmuşam dost itkisindən, dost itkisi haqqında yazmaqdan. Amma özümlə bacarmadım…
Sənə əlvida yox, hələlik deyirəm. Keçmiş iş yoldaşımız, həmkarımız, yaxın dostumuz Elcin Cəfərov demişkən, axirət dünyamızda görüşənədək!
Allah sənə rəhmət eləsin, Rəşad qardaşım!
















Son xəbərlər

Nicat Novruzoğlu : Həsrəti gözəl olsun.. - FOTO

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930