Bərdə torpağı tarix boyu igidlər, ziyalılar və vətəninə sədaqətli insanlar yetişdirib. Bu insanların sırasında elələri var ki, onların adı təkcə yaşadıqları bölgədə deyil, bütün ölkə miqyasında ehtiramla çəkilir. Etibar Hüseynova məhz belə şəxsiyyətlərdən biridir.

O, uzun illərdir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialına rəhbərlik edir. Onun həyat missiyası yalnız vəzifə borcu ilə məhdudlaşmır – bu işi bütün varlığı ilə sevərək, qəlbinin dərinliyindən gələn məsuliyyət hissi ilə görür.

Etibar Hüseynovanın həyatı şəhidlik zirvəsinə ucalmış bir qəhrəmanla da bağlıdır. Onun həyat yoldaşı Sərhəd Zöhrabbəyov Azərbaycan Bayrağı ordenli, vətən uğrunda canını fəda etmiş şəhidimizdir. Bu itki onun qəlbində şəhid ailələrinə qarşı daha böyük həssaslıq, vətən uğrunda mübarizəyə daha dərin inam formalaşdırıb.
Etibar Hüseynova 1998-ci il Prezident seçkilərində Qarabağ bölgəsi üzrə Ulu Öndər Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olub. Bu şərəfli vəzifə ona yalnız siyasi etimad deyil, həm də böyük bir tarixi missiya qazandırıb.
O, həmçinin ölkənin müstəqilliyinin möhkəmlənməsi və dövlətçiliyin inkişafında göstərdiyi xidmətlərə görə bir sıra yüksək mükafatlarla təltif olunub:

Müstəqilliyimizin 20 illiyi medalı
"Tərəqqi" medalı
Ulu Öndərin 100 illik yubiley medalı



Bu mükafatlar onun ictimai-siyasi fəaliyyətinin ölkə və beynəlxalq səviyyədə tanındığını sübut edir.


Etibar Hüseynova üçün hər şəhidin xatirəsi müqəddəsdir. O, 27 Sentyabr – Şəhidlər Günündə, Anım Günü tədbirlərində və ilboyu keçirilən memorial mərasimlərdə ən ön sırada dayanır. Onun təşəbbüsü ilə Bərdədə çoxsaylı anım tədbirləri, açıq dərslər və gənclərlə görüşlər təşkil olunur. Bu tədbirlərdə məqsəd yalnız keçmişi yad etmək deyil, həm də gənc nəslə vətən sevgisi aşılamadır.
O, dəfələrlə çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsindən xilas edərək sabitliyə qovuşdurmasını xüsusi vurğulayıb. Etibar Hüseynovanın fikirlərində hər zaman dövlətə, orduya və Prezident İlham Əliyevin siyasətinə dəstək açıq-aşkar hiss olunur.

Etibar Hüseynova vəzifəsini kabinetdən idarə edən biri deyil – hər zaman şəhid ailələrinin evində, veteranların yanında, ehtiyacı olan insanların qapısında görünür. Onun ən böyük mükafatı isə insanların səmimi “Allah razı olsun” sözləridir.

Etibar Hüseynova sadəcə bir ictimai təşkilat rəhbəri deyil – o, həm də şəhid həyat yoldaşının əmanətini, Vətən qarşısında borcunu ləyaqətlə daşıyan, Bərdə üçün mənəvi dayağ, ölkə üçün isə vətənə sədaqət nümunəsidir. Onun səmimiyyəti, əməlləri və xalqına sevgisi gələcək nəsillərə örnək olacaq dəyərlərdir.
Turaztv.az Dövletxeber.az-a istinadən

Son xəbərlər

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31