Etibar Hüseynova: Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq
O tarixi şəxsiyyət heç zaman unudulmur ki, adı xalqının müdrik xilaskarı, dövlətinin qurucusu və memarı kimi insanların xatirəsində daim uca tutulur. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir.
Etibar Hüseynova: Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq

Heydər Əliyev həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, ən çətin məqamlarda maneələrlə rastlaşsa da, ona sinə gərməyi bacaran, həyatı boyu xalqını düşünən Vətən fədaisidir. Heydər Əliyev xalqı, Vətəni üçün misilsiz işlər görüb. Ona görə də nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də yaşayacaq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova deyib.
O bildirib ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri ilə qarşılaşmışdı. Ermənistanın hərbi təcavüzü, iqtisadi tənəzzül, hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər, zorakılıqlarla müşayiət olunan hakimiyyət hərisliyi cəmiyyəti idarəolunmaz vəziyyətə gətirmişdi. Bütövlükdə isə bu problemlər milli təhlükəsizliyi və müstəqilliyin özünün mövcudluğunu ciddi təhdid edəcək səviyyəyə qalxmışdı. Təsadüfi deyil ki, Azərbaycanın müasir müstəqillik tarixinin araşdırıcıları da 1991-1993-cü illəri əhatə edən həmin dövrü anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin isə məhvolma təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövr kimi qiymətləndirirlər. Belə bir vəziyyətdə xalqı, ölkəni təhlükələrdən, problemlərdən yalnız Heydər Əliyev xilas edə bilərdi. Xalqın ümidi yalnız ona idi...
Etibar Hüseynova: Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq

Etibar Hüseynova Ulu Öndər Heydər Əliyevlə görüşdüyü anları həmişə qürurla xatırladığını bildirib: “1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi idim. Elə o zaman bərdəlilərin bu böyük insana sonsuz sevgisinin bir daha şahidi oldum. Elə bir insana rast gəlmədim ki, xalqın ümid yeri olan dahi şəxsiyyət üçün imza vermək istəməsin. Seçkilər ərəfəsində Heydər Əliyev özü Bərdəyə gəldi. Onun əhali ilə görüşü bir neçə saat çəkdi. O bir neçə saat ərzində bu böyük insanla yanaşı dayanmaq mənim üzərimə böyük məsuliyyət qoyurdu. Sevdiyim, böyük ehtiram göstərdiyim Heydər Əliyev haqqında indi də danışdıqca özümü dünyanın ən xoşbəxt insanı sanıram”.

“Xalqımızın Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi Azərbaycanı yeni-yeni uğurlara və qələbələrə apardı. Bu uğurların içərisində ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsidir. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızı düşməndən azad etdi. Bununla da Ulu Öndərin ən böyük arzuları gerçəkləşdi. Qəlbimizdə əbədi yaşayan Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq”, - deyə Etibar Hüseynova vurğulayıb.

Son xəbərlər

"Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi xəbəri yalandır" - MEDİA

Prezident BƏƏ-də tədbirdə iştirak edib - YENİLƏNİB (FOTOLAR)

Türkiyə DİN "TikTok"la bağlı əməliyyat keçirdi: Çox sayda həbs edilən var

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Rusiyanın hərbi obyektləri vuruldu

"İlham Əliyevin bu təşəbbüsü artıq formalaşır" - Lavrov

Şuşa‒Laçın yolu yenidən qurulacaq - SƏRƏNCAM

"Zaurları məhkəməyə vermək istəyirəm" - Xalq artisti

Büdcə zərfi qəbul edildi

Nazirlikdən qızılca vaksini ilə bağlı ÇAĞIRIŞ: Tez bir zamanda...

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycan nefti ucuzlaşdı

Ukrayna artilleriyası təslim olmaq istəyən 25 hərbçini VURDU

Milli Məclis yenidən toplaşır - Gündəlikdə 22 məsələ var

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: YALANDIR

Temperatur 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Prezident Çinlə imzalanan memorandumu təsdiqlədi

Axtarışda оlan 387 nəfər sərhəddə saxlanılıb - RƏSMİ

Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

Ermənistan bizə təzminat ödəməlidir - Ombudsman

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

Elçin Ağacanov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

İki hərbçimiz faciəvi şəkildə öldü

Zelenski-Zalujnı qarşıdurması böyüyür

Azərbaycandan “Altın Kelebey”i onlar ALDI

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031