Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.

Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd edib.

Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğulayıb. Dövlət başçısı imzalanacaq sənədlərin önəminə də toxunub.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlət başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə Kredit sazişi imzalandı. Həmçinin imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu” mübadilə olunub.

Daha sonra dövlət başçısı İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim edib.

Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.







Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930