Azərbaycanın tarixi taleyi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdırHər il dekabrın 12-də xalqımız Ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edir. Zaman bizi Ulu öndərin əbədiyyətə qovuşduğu o ağır və ağrılı gündən uzaqlaşdırdıqca onun zamana və məkana sığmayan nadir obrazı gözlərimiz önündə canlanır. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bu qüdrətli şəxsiyyətin öz Vətənini müstəqillik epoxasına hazırlamaq və əldə edilmiş suverenliyi qoruyub saxlamaq missiyası çağdaş tariximizin məna və mahiyyətini təşkil edərək onun ən parlaq səhifələrinə çevrilmişdir.
Azərbaycanın tarixi taleyi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır.
Ulu öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bu illər ərzində Azərbaycan bir çox uğurlar əldə etmiş, müstəqil dövlət kimi bərqərar olmuşdur. Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilmişdir. Vaxtilə xəyal hesab edilən transmilli energetika və nəqliyyat layihələri uğurla reallaşdırılmışdır.
Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf yolunda inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Ölkə rəhbəri cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Sevindirici haldır ki, Ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Qəlbi həmişə Azərbaycanla döyünən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq, onun parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Cavid Hüseynov
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri,
mətbuat katibi

Son xəbərlər

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31