
Xəbərlər
11.08.2026, 13:55
"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.
Qeyd edək ki, "Sabah" – "Orhus" matçı bu gün, saat 20:00-da 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da start götürəcək. Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə "Orhus" 2:1 hesablı qələbə qazanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













