1996-cı ildə Las-Veqasda amerikalı reper Tupak Şakurun qətlindən təxminən 30 il sonra cinayəti planlaşdırmaqda ittiham olunan keçmiş dəstə lideri Dueyn “Keffi Di” Devisin məhkəməsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 63 yaşlı Devis Şakurun ölümü ilə bağlı ona qarşı irəli sürülən “cinayətkar təşkilatı dəstəkləmək, təşviq etmək və ya kömək etmək niyyəti ilə ölümcül silahla qətl” ittihamını rədd edir.

Məhkəmə prosesi Las-Veqasdakı Klark Rayon Məhkəməsində münsiflər heyətinin seçilməsi ilə başlayıb. Prosesin təxminən bir ay davam edəcəyi gözlənilir.

Tupak Şakur 1996-cı il sentyabrın 7-də gecə saatlarında musiqi prodüseri Marion “Suq” Nayt ilə birlikdə “BMW”də hərəkət edərkən hücuma məruz qalıb.

Avtomobil işıqforda dayanarkən ağ rəngli “Cadillac” onların yanında saxlanılıb. Avtomobildəki şəxslərdən biri Tupaka bir neçə dəfə atəş açıb.

“Suq” Nayt hücumdan sağ çıxsa da, ağır yaralanan Tupak altı gün sonra xəstəxanada vəfat edib. O zaman reperin cəmi 25 yaşı var idi.

Qətl uzun illər ərzində açılmamış cinayət olaraq qalıb. İş 2019-cu ildə Devisin nəşr olunan xatirələrində hadisə gecəsi ilə bağlı verdiyi açıqlamalardan sonra yenidən gündəmə gəlib. O, 2023-cü ildə həbs edilib.

İttiham tərəfi Devisin Tupak Şakura birbaşa atəş açdığını iddia etmir. Prokurorlar onun hücumu təşkil etdiyini, qərarların verilməsində rol oynadığını və qətldə istifadə olunan silahı təmin etdiyini sübut etməyə çalışacaqlar.

Devis öz kitabında hücum gecəsi tanışından tapança aldığını və silahı “Cadillac”ın arxa oturacağına qoyduğunu yazır. Lakin ölümcül atəşi kimin açdığını açıqlamayıb.

Devisin qardaşı oğlu Orlando “Beybi Leyn” Anderson uzun illər Tupakın qətlində əsas şübhəlilərdən biri hesab edilib. Lakin o, heç vaxt bu cinayətlə bağlı məsuliyyətə cəlb olunmayıb. Anderson Tupakın ölümündən iki il sonra Komptonda baş verən başqa bir dəstə atışmasında öldürülüb.

Həmin gecə Devis və Andersonla birlikdə Deandra “Freaki” Smit və Terri “Babl Ap” Braun da avtomobildə olub. Onların hər ikisi sonradan vəfat edib.

Prokurorluğun məhkəmə zamanı 35-45 şahidi dindirməsi gözlənilir. Şahidlər arasında hücumdan əvvəl Tupakı görən şəxslər, reperə və Devisə yaxın insanlar, həmçinin Şakurun ailə üzvləri var.

Keçmiş Las-Veqas meri Oskar Qudman da potensial şahidlər siyahısındadır.

Məhkəmədə ifadə verə biləcək şəxslərdən biri də “South Side Crips” dəstəsi ilə əlaqəli olduğu bildirilən Denvonta Lidir.

Qətl gecəsi Tupakla eyni avtomobildə olan “Suq” Nayt da potensial şahidlərdən biridir.

Nayt hazırda Komptonda bir şəxsin öldürülməsi ilə bağlı 28 illik həbs cəzası çəkir. O, əvvəlcə Devisin işi üzrə ifadə verməyəcəyini bildirsə də, həmin gecə hadisədə iştirak edən iki avtomobildən sağ qalan yeganə şəxs olması səbəbindən onun ifadəsi mühüm əhəmiyyət daşıya bilər.

Tupak Şakurun qətli ilə bağlı məhkəmə sənədlərində amerikalı musiqi prodüseri Şon “Diddi” Kombsun adı da keçir.

Devis öz kitabında “Diddi”nin “Suq” Naytı hədəfə aldığını və Tupak Şakurun öldürülməsi üçün pul təklif etdiyini iddia edib. Lakin “Diddi” uzun illərdir Tupakın qətlində hər hansı rolunun olduğunu inkar edir. O, məhkəmədə şahid siyahısına daxil edilməyib.

Son xəbərlər

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO

Roma Papası əməliyyat olundu - Yenilənib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031