Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzinə iş yerinə gedirmiş.

M.Hoorsova cəmi iki ay əvvəl avtomobil alıbmış və bu onun ilk maşını olub. O, yolda hərəkətdə olarkən yolun kənarında marşrut avtobusu gözləyən həmkəndlisi 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanovu görüb. Avtomobili saxlayan Məryəm fiziki qüsurlu Şərif Soltanovu da özü ilə götürərək rayon istiqamətində hərəkətinə davam edib.

O, yolda TIR yük avtomobilini ötmək istəyərkən qarşı hərəkət zolağına çıxıb və bu vaxt öz yolu ilə gələn “Toyota” markalı avtomobillə toqquşub. Daha sonra “KİA” markalı avtomobil də qarşı-qarşıya toqquşan maşınlara çırpılıb.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü Məryəm Kamil qızı Hoorsova, “Toyota” markalı avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər, “Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarət alıblar. Y.Mütəllibov bu gün xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, “Toyota” markalı avtomobildə olan Y.Mütəllibov və P.Məmmədova ər-arvad olublar. Rəşad Mütəllibov isə onların övladıdır. Ailə Balakən rayonundan Goranboy rayonuna, qohumlarına dəvətnamə aparırmış. Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış.

Fotoda Yaşar Mütəllibov, Rəşad Mütəllibov və Pərvanə Məmmədova




Son xəbərlər

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31