Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR
Dövlətə,Vətənə, Xalqa sevgisi olan qadın
Xalqı üçün , Vətən üçün çalışan fədakar bir qadındır...


Bir xanım haqqında yazmaq istədim.Çox sevdiyimiz, dəyərli bir qadın barədə.Həyatı keşməkeşli bir qadından.Əslində bu xanım haqqında yazmaq kimi bir məsuliyyəti üzərimə almaqda bir az tərəddüd etdim mən.AQMƏVŞAİB- nin Bərdə filialının sədri Etibar xanım Hüseynova ...Etibar xanımın adı çəkiləndə həyatı acılardan, çətinliklərdən keçmiş və ən çox sevdiyi həyat yoldaşı Azərbaycan Bayrağı Ordenli, əfsanəvi komandir Sərhəd Zöhrabbəyovun itkisinə illərini qurban verib mətanətlə çətinliklərə sinə gərib zamanın sınaqlarından çıxan bir qadın göz önünə gəlir.
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

İnstitutda bir oxumuşdu gələcək həyat yoldaşı Sərhəd Zöhrabbəyovla.Ailə həyatı və 12 il rəhbər vəzifədə işləyib həyat yoldaşı.Erməni işğalçıları yurd- yuvamıza soxulub günahsız insanlara divan tutanda, torpaqlarımızda fironluq edib qız- gəlinlərimizin namusunu yerə vuranda dözmədi Zöhrabbəyov, könüllü xalq çağırışına getdi.Bərdə hərbi batalyonunun qərargah rəisi, döyüşlərdə saysız- hesabsız qəhrəmanlıqlar göstərən Sərhəd Zöhrabbəyov 1992- ci il avqustun 24- də Dranbom uğrunda döyüşlərdə həlak olmuşdur.Ölümündən sonra baş Leytenant Zöhrabbəyov Azərbaycan Respublikası Prezidentinin 1994- cü il tarixli əmri ilə" Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuşdur.Belə bir qəhrəman həyat yoldaşının itkisinə dözə- dözə Etibar xanım ovladlarını böyütdü.
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

Ata nəvazişi, ata sevgisindən məhrum olan uşaqları anası ilə birgə atalarının məzarına gül əkməkdə, məzar daşını oxşamaqla təsəlli tapdılar. Nisgilli bir təsəlli...Amma bir şəhid qadınının möhtəşəmliyi təkcə bu olmadı.Kənd təsərrüfatı mütəxəssisi ixtisası olan Etibar xanım bir oğul və qız anasıdır və yenə də təkcə bununla bitmir.Həyatı döyüş meydanına bənzəyir bu qadının.Yoldaşının layiqli davamçısı Etibar xanım əsil Azərbaycan qadınının simvoludur desək yanılmarıq.Xalqı üçün , Vətən üçün çalışan fədakar bir qadındır.
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

Zərifliyində cəsarət, məhəbbətində sədaqət, həyatında möhkəmliyin adını, özünü daşıyan, adına layiq etibarlı, elinə, obasına , xalqına candan yanan qeyrətli və təəssübkeş insan, Azərbaycan Bayrağı Ordenli şəhid Zöhrabbəyovun sevdiyi qadın.O qadın ki ömrünün günlərini həyat yoldaşının xəyalı ilə əridə- əridə neçə könüllərə məlhəm olub.Etibar xanım illərin sınağından keçib polad kimi möhkəm, iradəsi ilə çox çətinliklərə, məşəqqətlərə tab gətirib. Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə filialının sədri olan Etibar xanım 2001 - ci ildə 9 qəzetin sorğusu ilə 'H.Z. Tağıyevin davamçısı" adına layiq görülüb.2008- ci ilin Vətənpərvər xanımı seçilib,2011- ci ildə Müstəqilliyimizin 20 - ci ildönümündə Prezidentimizin sərəncamı jlə "Tərəqqi medalı" ilə təltif olunub
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

2016- cı ildə Beynəlxalq İnformasiya Agentliyi tərəfindən 'Azərbaycan və Xalq Naminə" fəxri fərmanına layiq görülüb.2020- ci ildə 44 günlük müharibə ərəfəsində Türkiyədə "Bir millət, İki dövlət" fəxri fərmanı ilə təltif edilib və bir sıra başqa mükafatlar alıb .2024- cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə" Heydər Əliyevin Yubiley mükafatı " ilə təltif edilib.Və Etibar xanımın həyatını əks etdirən "Ölümdən sonrakı ömür" adlı bir poema da var ki , o da Sərraf Şiruyə tərəfindən yazılıb.
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

Həyat imtahandır və bu həyat imtahanından ancaq möhkəm insanlar çıxır.Bir də insanda Vətənə, xalqına sevgi varsa bütün çətinliklər , acılar, nisgillər geridə qalır.Ömrünün neçə illərini Qarabağ Müharibəsinin şəhidlərinin dərdini çəkən, veteranların, əlillərin qayğısına qalan, daima şəhid ailələrinin yanında olub, ana - bacıların,övlad itkisindən beli bükülmüş ataların təsəllisi olan, şəhid balalarının sevincini itirən çöhrələrindəki göz yaşlarını silən qadından söhbət gedir.Qarabağ Müharibəsi başlayıb yoldaşı şəhid olandan sonra Etibar xanımın həyatı şəhid məzarlarını ziyarət etmək, şəhid ailələrinin yanında olmaqda keçdi.Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu.
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

Şəhidlərin, veteranların, əlillərin, şəhid valideynlərini anası, bacısı olub dünyanın yükünü öz zərif çiyinlərində daşıyan, ictimai işlərdə daima fəallıq göstərən Vətən sevgili Etibar xanımdan söhbət gedir..Bir dövlət məmuru, bir qadın, bir ana və adı sevgi ilə , ehtiramla çəkilən və bu qədər çox sadə, səmimi insan Etibar xanım daima sadə insanların arasındadır, şəhid analarının dayağı, dostu, sirdaşı, qazilərin bacısı,əlillərin anasıdır və çox vaxt öz övladları belə arxa plana keçir onun həyatında.Çünki o insanlığa önəm verən qadındır. Həmişə çox sevmişəm bu fədakar və məğrur xanımı.Allah sizi qorusun yurdunun, xalqının ləyaqətli qızı, vətənpərvər Azərbaycan qadını!
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

Arzu Yaqub qızı

Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR
Həyatında yeganə mövzu Qarabağ və şəhid mövzusu oldu - FOTOLAR

Son xəbərlər

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031