Turaztv.az » Xəbərlər » Payıza qoşulub getmə, amandır! - FOTO
Xəbərlər

Payıza qoşulub getmə, amandır! - FOTO

21.04.2026, 10:05 179
Xəlil Mirzə,
şair-publisist


Əzizə Ağahüseynqızına ithafən
Payıza nəğmələr vəsf eləyən qız,
Payıza qoşulub getmə, amandır!
Baharı vədəsiz gəl, qoyma yalqız,
Payıza qoşulub getmə, amandır!

Bahar müjdəsitək dünyaya gələn,
Bahar coşğusuyla sevən, sevilən,
Sən Bahar qızısan, əlində qələm,
Payıza qoşulub getmə, amandır!

Payız bəhrəsiylə sevilir, əcəb,
Altun çöhrəsiylə sevilir, əcəb.
Ey Bahar Çiçəyi, səndən nə əcəb?!
Payıza qoşulub getmə, amandır!

Baharda bir boşluq yaranar getsən,
Süstlüyə meyxoşluq yaranar getsən.
Xəlildə əyyaşlıq yaranar getsən,
Şeriyətdə çaşlıq yaranar getsən,
Payıza qoşulub getmə, amandır!

20.04.2026.


Oxşar xəbərlər