Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, koronovirus infeksiyası yeni reseptorlardan istifadə etməklə insan hüceyrələrinə daxil ola bilir. Başqa sözlə, onlar hüceyrə “qıfılları” üçün əlavə bioloji “açarlar” seçə bilir. Xüsusilə də, viruslardan biri ağciyər toxumalarında mövcud olan “CEACAM6” zülalı ilə əlaqə qurmağa nail olub. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

Söhbət Şərqi Afrikada aşkar edilmiş “CcCoV-KY43” yarasa koronavirusundan gedir. Alimlər müəyyən ediblər ki, virusun hüceyrələrə yapışmasına xidmət edən tikanvari zülalı elmə yeni məlum olan reseptorla qarşılıqlı əlaqəyə girə bilir. Bu isə o deməkdir ki, belə viruslar üçün potensial “hədəf” dairəsi əvvəl düşünüləndən xeyli genişdir.

Tədqiqatçılar canlı viruslarla təcrübələr aparmaq əvəzinə genetik məlumat bazalarından istifadə edib və onların hansı reseptorları tanıya bildiyini yoxlamaq üçün 27 müxtəlif alfakoronavirusun tikanvari zülallarını sintez ediblər.

Tədqiqatın həmmüəllifi Stiven Qrem qeyd edib ki, virusun tikanları “açar və qıfıl” prinsipi ilə işləyir, yəni, infeksiyanın başlaması üçün onlar hüceyrə səthindəki reseptorla dəqiq uyğunlaşmalıdır. İndiyədək hesab olunurdu ki, alfakoronaviruslar yalnız məhdud sayda belə “qıfıllardan” istifadə edir. Lakin yeni araşdırma göstərib ki, onlar alternativ daxil olma yolları da tapa bilir.

“Bu kəşf virusların zoonoz potensialı, yəni heyvanlardan insana keçmək qabiliyyəti barədə təsəvvürləri dəyişir. Virus nə qədər çox reseptordan istifadə edə bilirsə, onun yeni sahibə uyğunlaşmaq ehtimalı da bir o qədər yüksək olur”, – deyə alimlər bildiriblər.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, hazırda “CcCoV-KY43” virusunun artıq insanlar arasında yayıldığını təsdiqləyən sübut yoxdur. Bununla belə, yoluxmanın yeni mexanizminin aşkarlanması heyvanlarda virusların daha diqqətlə monitorinq edilməsinin vacibliyini göstərir.

Son xəbərlər

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31