Heydər Əliyevin həyat yolu - Vətənə, xalqa xidmətin misilsiz nümunəsi
Bakı Kitab Mərkəzində özbək şairi İsmət Kuçiyevin “Heydər Əliyevin zəfəri” və “Azərbaycanın zəfəri” adlı poemalarının təqdimatı olub


Bakı Kitab Mərkəzində məşhur özbək yazıçısı, publisisti və şairi İsmət Kuçiyevin “Триумф Азербайджана” (“Azərbaycanın zəfəri”) kitabının və “Триумф Гейдара Алиева” (“Heydər Əliyevin zəfəri”) poemasının təqdimatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Özbəkistan və Azərbaycan xalqlarının qardaş olduğunu qeyd edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar görkəmli şair İsmət Kuçiyevin yazdığı kitabı Ulu Öndər Heydər Əliyevin adına layiq bir əsər kimi dəyərləndirib.

Milli Məclisin deputatı Elman Nəsirov Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tanınmış özbək yazıçısı İsmət Kuçiyevin belə mühüm, çox dəyərli, qiymətli əsərlər yazmasını olduqca əlamətdar bir hadisə hesab edib: “İsmət Kuçiyev Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini qələmə alarkən və onun zəfərindən bəhs edərkən üzərinə böyük bir məsuliyyət götürərək dəyərli bir əsər ərsəyə gətirib”.

Xalq yazıçısı Elmira Axundova İsmət Kuçiyevin Ulu Öndərə yazdığı kitabı diqqətlə oxuduğunu və ən əsası əsərin poema janrında yazıldığını söyləyib: “Bu poemalar çox peşəkar dildə yazılıb, Heydər Əliyevin həyatı hərtərəfli araşdırılıb. Əsər çox dərin fəlsəfədir və hakimiyyətə gələn insanın yolundan bəhs edir”.

Tarixçi-publisist Şuxrat Barlas, yazıçı-publisist Şərəf Cəlili, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev öz çıxışlarında kitab haqqında təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, İsmət Kuçiyev – məşhur özbək publisisti, yazıçısı, şairi, bir sıra kitabların müəllifidir. Onun 2022-2023-cü illərdə rus dilində yazılmış “Heydər Əliyevin zəfəri” adlı poeması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Bu əsərdə özbək yazar müstəqil Azərbaycanın qurucusu, güclü siyasi iradəyə və müstəsna liderlik keyfiyyətlərinə malik Heydər Əliyevin portretini yaradır. Müəllif “Heydər Əliyevin zəfəri” adlı poemasına ön sözündə yazır: “... Erkən uşaqlıqdan valideynlərim mənə başqaları üçün çox şey edən insanlara hörmət aşılayıblar. Bu baxımdan Heydər Əliyevin keçdiyi həyat yolu Vətənə, xalqa xidmətin misilsiz nümunəsidir. Mən bu əsərimdə Heydər Əliyevin həyat yolunu mümkün qədər ətraflı və canlı təsvir etməyə çalışmışam”.

2023-cü ildə İsmət Kuçiyevin “Azərbaycanın zəfəri” adlı daha bir kitabı nəşr olunub. Bu kitabda yazıçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçdiyi həyat yolunu və fəaliyyətini oxuculara təqdim edir. Müəllif qeyd edir ki, İlham Əliyevin şəxsiyyətinin formalaşmasında onun atası, böyük zəka və ləyaqət sahibi Heydər Əliyevin rolu danılmazdır.

Kitablar Minsk şəhərində “Альфа-книга” nəşriyyatı tərəfindən çap olunub.

Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031