Xəbərlər
25.04.2026, 22:24
Üzeyir Hacıbəyli irsi elmi-praktiki konfransda müzakirə olundu - FOTOLAR
Dahi bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktiki konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.
Bildirilib ki, konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin müasir dövrdə aktuallığından və gənc bəstəkarların yaradıcılığına göstərdiyi fundamental təsirdən danışıb. O deyib: “Sənətdə varislik prinsipi biz bəstəkarlar üçün mənəvi borcdur. Musiqi tariximizin qurucusu Üzeyir Hacıbəyliyə həsr olunmuş hər bir addım bizi öz köklərimizə daha da bağlayır. İnanıram ki, aparılacaq yeni tədqiqatlar və səslənəcək ifalar gənc musiqişünaslarımızın sənət yoluna yeni işıq salacaq”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Üzeyir bəy təkcə dahi bəstəkar deyil, həm də Azərbaycanın milli kimliyini notların dili ilə dünyaya tanıdan böyük maarifçi və ictimai xadimdir.
“Dövlətimiz hər zaman sənət adamlarına və mədəniyyətimizin tədqiqatçılarına böyük diqqət və qayğı ilə yanaşıb. Bəstəkarlar İttifaqının bu cür elmi-bədii tədbirlər təşkil etməsi, gənc musiqişünasların fəallığı mənəvi sərvətlərimizin gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayır”, – deyə deputat vurğulayıb.
Konfransda musiqişünaslığın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib. Bəstəkarlar İttifaqının katibi İlahə Qismət, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və İttifaqın mətbuat xidmətinin rəhbəri Aysel Kərim bu istiqamətdə geniş çıxışlar ediblər.
Tədbirin bədii hissəsində müasir Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Sara Dilruba, Lalə Əhmədova və Üzeyir Məmmədovun bəstələri beynəlxalq müsabiqələr laureatları və istedadlı gənclər tərəfindən ifa olunub.
Proqramda, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının müqəddiməsinin İlham Azmanlı tərəfindən dörd qanun üçün işlənməsi təqdim edilib.
Sonda isə “Arşın mal alan” operettasından Gülçöhrənin elegiyası və ariyası Əməkdar artist Nərgiz Kərimovanın ifasında səsləndirilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay