Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib.

"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmuş Elşən Məmmədov (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs Bakının Maştağa qəsəbəsində yaşayıb və ferma işlədib. O, restoranda bir neçə gömrük işçisi ilə tanış olduqdan sonra ona müraciət edən şəxsləri Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini vəd edib.

Lakin o, Dövlət Gömrük Komitəsinə işə düzəlməyin xərcinin çox olduğunu, Fövqəladə Hallar Nazirliyində isə 9 000 manata işə düzəldə biləcəyini deyib. Sara adlı şəxs ona inandığından 2024-cü ilin iyul ayının sonunda ilkin olaraq 2 000 manatı bir neçə dəfə Elşənin kartına göndərib.

Lakin sonradan Elşən Saranın Dövlət Gömrük Komitəsinə işə düzəldilməsi ilə bağlı danışıqlar apardığını və razılıq aldığını deyərək bu məqsədlə 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayının sonunadək, eləcə də 2025-ci ilin iyun ayından avqust ayının əvvəlinədək olan müddətdə zərərçəkmiş qadından hissə-hissə ümumilikdə 50 min manat civarında pul alıb.

Hətta zərərçəkmiş qadını inandırmaq üçün ona Dövlət Gömrük Komitəsinə aid qadın geyim formasını da verib.

Elşən bununla kifayətlənməyərək zərərçəkmiş qadının Tofiq Qənbərov adlı oğlunu hərbi xidmətdən saxlatdırmaq adı ilə 2025-ci ilin mart ayında Saradan hissə-hissə 24 min manat pul alıb.

Lakin 2025-ci ilin aprel ayının sonlarında Tofiq hərbi xidmətə göndərildikdən sonra zərərçəkmiş qadın və ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

Sonda məlum olub ki, Elşən Saranı aldadaraq onun ümumilikdə 74 900 manat pulunu ələ keçirib.

74 991,99 manat məbləğində maddi ziyanın və 315 manat məbləğində ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar verilib.

Məhkəmənin hökmü ilə Elşən 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Son xəbərlər

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31