Turaztv.az » Xəbərlər » Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu
Xəbərlər

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

27.08.2026, 01:08 1
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun oğlu İlyas Hüseynov ali məktəbə qəbul olunub.

"Unikal" xəbər verir ki, bu barədə İbad Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

Milli Qəhrəmanın oğlu Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisasında təhsil alacaq.

Qeyd edək ki, İ.Hüseynov Birinci Qarabağ müharibəsində iştirak edib. O, 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Oxşar xəbərlər