Turaztv.az » Xəbərlər » Xanım jurnalistə vəzifə verildi
Xəbərlər

Xanım jurnalistə vəzifə verildi

27.08.2026, 01:48 1
Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, vəzifəsinin icrasına ötən gündən başlayıb.

Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatının oyunlarını şərh edən iki qadın jurnalistimizdən biridir.

Oxşar xəbərlər