Hazırda ölkəmizdə nikaha daxil olmaq istəyən cütlüklərdən müəyyən xəstəliklər üzrə məcburi tibbi arayış tələb olunur. Milli Məclisin aprelin 10-da keçirilən iclasında bu tibbi tələblərin sırasına daha bir həssas məsələnin əlavə edilməsi təklifi irəli sürülüb. Deputat Göydəniz Qəhrəmanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı böyük təhlükəni əsas gətirərək, nikah zamanı tərəflərdən narkoloji arayışın da tələb olunmasını təklif edib.

Narkomaniyanın ailə institutuna vurduğu zərbələr fonunda bu təklif ilk baxışdan zəruri görünsə də, onun praktiki icrası cəmiyyətdə bir sıra ciddi suallar yaradır. Bəs, hüquqi və tibbi reallıqlar çərçivəsində belə bir qaydanın tətbiqi nə dərəcədə mümkündür? Mövcud sistem və laborator analizlər real istifadəçiləri dəqiqliklə aşkar edə bilərmi?

“Narkotik qəbulunu müəyyən edən testlərin aparılması vacibdir”


Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bu gün boşanmalara səbəb olan əsas sosial faktorlardan biri məhz narkomaniyadır. Bu baxımdan, evlilik ərəfəsində narkotik vasitələrin qəbulunu müəyyən edən testlərin aparılması olduqca vacibdir:


“Bildiyimiz kimi, hazırda nikaha daxil olan cütlüklərdən tələb edilən tibbi arayışlar və laborator analizlər yalnız reproduktiv sağlamlıqla bağlı amilləri nəzərə alır. Evlənmədən öncə fərdlərin qısa müddət ərzində narkoloji testdən keçməsi elə də çətin proses deyil. Bu gün hər bir poliklinika və ya klinikada qan nümunələri götürərək narkotestlərin aparılması üçün kifayət qədər imkan var. Narkotik vasitələrin izləri qanda uzun müddət qalır və bunu analiz vasitəsilə aşkarlamaq asandır”.

“Universal laboratoriyalara ehtiyac var”

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirdi ki, belə bir qaydanın tətbiq edilməsi ilə insanlar daha ehtiyatlı davranacaqlar. Bu, hər halda çəkindirici bir göstəricidir. Lakin əsas məsələ bunun Azərbaycan reallığında nə dərəcədə işlək olacağıdır: “Əvvəla, mövcud laboratoriyaların heç də hamısı bütün narkotik maddələri dəqiqliklə aşkar edə bilmir. Bu gün dövriyyədə müxtəlif növ metamfetaminlər, həb formasında olan fərqli sintetik maddələr var. Təəssüf ki, onların hamısını vaxtında və dəqiq müəyyən etmək mümkün deyil. Digər tərəfdən, asılılığın təsdiqlənməsi üçün təkcə laboratoriya analizləri kifayət etmir. Bu şəxslərin həm də əsaslı tibbi müayinədən keçirilməsi məqsədəuyğundur. Hazırda ənənəvi opiat (morfin və digər narkotik analgetiklər) asılılığı olanların sayı əvvəlki dövrlərlə müqayisədə azalsa da, müasir istifadəçilər daha çox heroin, kokain, metamfetamin, LSD və müxtəlif sintetik həblərə müraciət edirlər. Bunların hər biri güclü asılılıq yaradır. Belə vəziyyətdə, analizləri dəqiq və səhih yerinə yetirə bilən, həm güvənli, həm də məsuliyyəti tam müəyyənləşdirilmiş universal laboratoriyalara ehtiyac var. Lakin hazırda analizlərlə bütün maddələri tam aşkarlamaq mümkün olmur”.

Professorun sözlərinə görə, məsələnin insan hüquqlarının pozulması aspekti də mövcuddur: “Məhz bu səbəblərdən, nikahdan əvvəl məcburi testləşdirmə təklifi kifayət qədər mücərrəd və riskli görünür. Məsələ hərtərəfli, xüsusilə də insan hüquqları kontekstində dərindən araşdırılmalıdır. Aşkarlanan nəticələrin necə rəsmiləşdiriləcəyi və qarşı tərəfə necə bildiriləcəyi də sual altındadır. Təsəvvür edin, kiminsə qanında hər hansı bir maddə aşkarlandı və bu, ailələrarası ciddi konfliktə, münasibətlərin tamamilə pozulmasına səbəb oldu. Bu, özlüyündə böyük bir sosial narahatlıq yaradır. Ona görə də, əgər belə bir təklif gündəmdədirsə, onun bütün mümkün fəsadları əvvəlcədən düşünülməli, hüquqi və tibbi tərəfləri tam həll olunmalıdır”.

“Testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir”

Tibb elmləri doktoru, psixiatr-narkoloq Araz Əliquliyev isə düşünür ki, bu testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir. Test sadəcə şəxsin bioloji mühitində maddənin aşkar edildiyini göstərir: “Digər tərəfdən, insanlar nikahdan əvvəl belə bir test verəcəklərini bilsələr, istifadəni müvəqqəti dayandıra və ya maddənin bədəndən təmizlənməsi üçün tibbi tədbirlər görə bilərlər. Psixoaktiv maddələrin əksəriyyəti qanda deyil, sidikdə qalır və adi skrininq testləri ilə cəmi 3-5 gün ərzində aşkarlana bilir. Tibbi tədbirlər (detoks, qan yuma və s.) görülsə, maddənin izini gizlətmək mümkündür. Testdə maddənin çıxması da şəxsin asılı olmasının əsası deyil”.

Narkoloqun fikrincə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna əsasən, şəxs ambulator müalicədən imtina edirsə, dəqiq diaqnoz qoymaq üçün o, 10 günlük xəstəxana şəraitində yoxlanılmalıdır: “Asılılığı isbat etmək üçün nikaha girən hər kəsi xəstəxanayamı yerləşdirəcəksiniz? Güclü təsir edən psixotrop maddələr və dərmanlar var ki, onlar xüsusi lisenziyası olan apteklərdə, elektron reseptlə satılır. Onların da sui-istifadəsi mümkündür. Dövriyyəsinə nəzarət edilən və həkim tərəfindən yazılan psixotrop dərmanlar da asılılıq yarada bilir və testdə müsbət nəticə göstərir. Bunları necə əsaslandıracaqsınız?"

“İnsanların hüquqlarının pozulması riski var”

A.Əliquliyevin sözlərinə görə, testlər yanlış nəticə də verə bilər. Bu baxımdan, insanların hüquqlarının pozulması riski var: “Əgər mən testin müsbət nəticəsinə əsasən kiməsə "narkoman" olduğunu desəm, o şəxs mənəvi zərbəyə və mənliyinin alçaldılmasına görə məni məhkəməyə verə bilər. Dəqiq bioloji faktorları öyrənən analizlər isə bahalıdır - 200-300 manatdan yuxarıdır”. ("Kaspi" qəzeti)

Son xəbərlər

LİLPAR CƏMŞİDQIZI : Kamilliyin yolun tapan insan çatar yüzə - FOTO

Üzeyir Hacıbəyli irsi elmi-praktiki konfransda müzakirə olundu - FOTOLAR

Tatlısesin qızının paylaşımı müzakirə yaratdı

Maykl Ceksonun “ikinci ailəsi”ndən şok ittiham - “Bizi əsgər kimi yetişdirmişdi”

İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

Cəmi 4 tarix: bu günlərdə dahilər doğulur

Yoxsullarla varlıları ayıran 5 vərdiş

Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Xalq artisti Həmidə Ömərovanın doğum günüdür

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”

Rusiya Dnepri vurdu - Ölən və yaralananlar var

Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb

Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır

İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var YENİLƏNİB

Jirinovskinin sağlığında heç yerdə yayımlanmayan - Fotoları

Daşkəsənlə Gədəbəyə qar yağır

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?

İki gün toy edəcəklər

90-cı illərin pop ulduzu indi dam ustası işləyir - Fotolar

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930