Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin iştirakı ilə panel görüş təşkil edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri” adlı tədbiri Siyasi və ictimai elmlər kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açaraq Əfqan Vəliyevin elmi fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Əfqan Vəliyev “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitablarının müəllifidir. Bu tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi və vəziyyəti haqqında geniş məlumat təqdim edir. Tarixi faktlara əsaslanan kitablarda Qərbi Azərbaycan irsinin tarixi, ermənilər tərəfindən dəyişdirilməsi və məhv edilməsi məsələləri araşdırılır. Bu əsərlər milli yaddaşın qorunması baxımından əhəmiyyət daşıyır, onların təqdimatı və bu istiqamətdə keçirilən tədbirlər isə mövzunun daha dərindən öyrənilməsinə töhfə verir.

Sonra Əfqan Vəliyev “Qərbi Azərbaycan tarixi: deportasiya və qayıdış” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə Qərbi Azərbaycanın erməniləşdirilməsi, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti, deportasiya proseslərinin tarixi səbəbləri, maddi-mədəni irsin məhv edilməsi, qayıdış perspektivləri kimi mövzuları əhatə edib.

O, çıxışında müəllifi olduğu kitablar haqqında da məlumat verib. Qonaq qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılar tərəfindən on minlərlə maddi-mədəni irs nümunəsi yaradılıb. Lakin bu nümunələr xüsusilə azərbaycanlıların deportasiyaya məruz qaldığı 1918-1920-ci, 1947-1953-cü, 1987-1991-ci illər və sonrakı dövrdə ermənilər tərəfindən məhv edilib, sağ qalanlar isə mənimsənilərək hazırda “erməni abidəsi” kimi təqdim olunur. İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi və maddi-mədəni irsinin araşdırıldığı əsərlər Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb. Trilogiyada Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 dəyərli abidə hərtərəfli tədqiq olunub, onlar haqqında dolğun və ətraflı məlumat verilib.

Əfqan Vəliyev bildirib ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin tədqiqi, əslində, Qərbi Azərbaycana qayıdışın ideoloji əsasını təşkil edir. Abidələr dağıdılsa da, onların izləri qalır.

“Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur və Azərbaycan üçün yalnız coğrafi məkan deyil, eyni zamanda, ideoloji məkandır. Milli kimliyimizin, yaddaşımızın, əcdadlarımızın izlərinin formalaşdığı məkan məhz buradır. Bizim qayıdışımız ideoloji deyil, tarixi və mənəvi bir borcdur, eyni zamanda, milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Doğma torpaqlarımıza qayıtmaq arzusu həm xalqımızın, həm də dövlətimizin ən ali məqsədidir”, - deyə qonaq qeyd edib.

Tədbir interaktiv panel müzakirəsi ilə davam edib. Əfqan Vəliyev paneldə tələbələrin mövzuya dair suallarını cavablandırıb.





Son xəbərlər

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

“Rabitəbank”dan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası

Premyer Liqanı tərk edəcək daha bir komanda məlum oldu

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir - PROQNOZ

İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək

Torpaq sürüşməsi 6 kəndlə gediş-gəlişi çətinləşdirdi - Fotolar

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Üzeyir Hacıbəylinin “Koroğlu" operasında Bülbül yaradıcılığının təcəssümü

Ağcabədidə Kür çayı bəndi yarıb

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Bəzi ərazilərdə dumanla bağlı görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Xəzər dənizində zəlzələ olub

Azərbaycan neftinin qiyməti 113 dolları keçib

Əlvida, 24 saat: Yer kürəsində 25 saatlıq günün görünəcəyi tarix açıqlandı

Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var

Bakının bir sıra yollarında tıxac yaranıb

“Çempionlar Liqssında suyumuzu çıxardılar”

Aygül Bağırova : İçimdə böyüməyən uşaq

Bu ölkədə iki nazir birdən istefa verdi

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930