QHT BMT-nin insan hüquqları üzrə müqavilə orqanlarına 3 alternativ hesabat təqdim edib
Qərbi Azərbaycanda dağıdılmış abidələrimizlə bağlı layihənin yekun tədbiri keçirilib

Noyabrın 15-də Sosial Tədqiqatlar Mərkəzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra etdiyi “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb-səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu informasiya müharibəsindən, Ermənistanın Azərbaycan xalqının mədəni, tarixi və dini irsinə hər zaman təcavüz etməsindən danışıb. O deyib: “Bu istiqamətdə ermənilərin cinayətkar əməllərinin ifşa olunması üçün biz kifayət qədər ciddi fəaliyyət göstərə bilməmişik. Bu baxımdan həyata keçirilən layihələr çox vacibdir. Belə layihələr Azərbaycanın haqlı mövqelərini bir neçə istiqamətdə müdafiə edir, təhlükəsizlik baxımından da əhəmiyyətlidir”.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, artıq regionda yeni geosiyasi reallıqlar var və bu reallıqlarla dünya ictimaiyyəti hesablaşır. “Bu reallıqlar bizə informasiya müharibəsində yeni və daha güclü alətlər barədə düşünməyə imkan yaradır. Azərbaycan öz tarixini yaratsa da, uzun illər obyektiv və subyektiv səbəblərdən bu tarixi özü yaza bilməyib. Milli və tarixi faktlar bilərəkdən təhrif edilib. Artıq iqtisadi cəhətdən güclü Azərbaycan formalaşır. Bundan sonrakı informasiya müharibəsində də real informasiyanı ötürmək üçün bizim geniş imkanlarımız var”.

Aygün Əliyeva qeyd edib ki, Agentliyə Qərbi Azərbaycanla bağlı 150-ə yaxın layihə daxil olub: “Biz onların az bir hissəsini maliyyələşdirdik. Seçim edərkən həm müstəqil ekspertlər, həm də Müşahidə Şurası üçün çox çətin idi, çünki ən uğurlu layihələri maliyyələşdirməli idik. İstər bu layihələr çərçivəsində hazırlanan sənədli filmlər, istər kitablar, Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslar nəticəli işlərin ortaya çıxmasından xəbər verir. 2024-cü il qrant müsabiqəsində də Qərbi Azərbaycan mövzusu aktual olacaq. Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı QHT-lərdən milli və beynəlxalq əhəmiyyətli ideyalar olarsa, Agentlik olaraq hər zaman dəstək göstərməyə hazırıq”.

Sahib Məmmədov çıxışında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə orqanlarına 3 alternativ hesabat təqdim edilib: “Qərbi Azərbaycanda ermənilər tərəfindən məhv edilmiş, dəyişdirilmiş, o cümlədən erməniləşdirlmiş mədəni irsə, dağıdılmış qəbiristanlıqlara dair qısa mətnlərdən ibarət Azərbaycan və ingilis dillərində elektron kataloq hazırlanıb.

“X” sosial şəbəkəsində Qərbi Azərbaycanda dağıdılan mədəni irslə bağlı şəkilli, müvafiq həştəqlərdən istifadə olunmaqla paylaşımlar edilib”.

Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev layihə çərçivəsində hazırlanan və müəllifi olduğu “Qərbi Azərbaycanda (İndiki Ermənistanda) məhv edilən, erməniləşdirilən və ya başqa xalqlara aid edilən abidələr” adlı elektron kataloqu təqdim edib.

Tədbirdə çıxış edən QHT rəhbərləri Umud Mirzəyev, Çingiz Qənizadə, Əhməd Abbasbəyli, Səidə Qocamanlı, Məleykə Əlizadə, Niyaməddin Orduxanlı, Səadət Bənanyarlı və digərləri layihə və görülən işlər barədə fikirlərini bildiriblər.

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930