Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib - FOTO
Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə birgə Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib.

Turaztv.az xəbər verir Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Tədbirdə ölkəmizi həmin məktəbin müəllimi Elnurə Süleymanova təmsil edib. Tədbir çərçivəsində Azərbaycan tarixini, mədəniyyətini, o cümlədən Novruz bayramı adət-ənənələrini, mətbəxini, milli geyimlərini, xalçalarını və turizm potensialını əks etdirən sərgi təşkil olunaraq, iştirakçılara Azərbaycan haqqında geniş məlumat verilib.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılaraq, məktəb rəhbərliyinə Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.

Bununla yanaşı, səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab və Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” festivalına həsr olunmuş jurnallar və digər təbliğat materialları iştirakçılara təqdim olunub. Ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli-görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub. Üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalça məktəb rəhbərliyinə hədiyyə olaraq təqdim edilib.

Eyni zamanda, ziyarətçilərə Azərbaycan mətbəxinə aid yeməklər, Novruz şirniyyatları təqdim olunub. Tədbirdə xalqımıza məxsus geyimlərdə olan məktəb müəllimləri və şagirdlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıblar.
Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib - FOTO
Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib - FOTO
Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib - FOTO
Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib - FOTO
Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib - FOTO

Son xəbərlər

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31