Xəbərlər
31.07.2026, 13:17
Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq
“Netflix” məşhur aktyor Nikolas Keycin baş rolda çəkildiyi, İkinci Dünya müharibəsi mövzulu yayımlanmamış casus filmi “Fortitude”un rəqəmsal nüsxəsinin oğurlanması ilə bağlı 105 milyon dollarlıq iddia ilə üzləşib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iddianın səbəbi “Netflix”in Los-Ancelesdəki ofisindən bir neçə sərt diskin oğurlanmasıdır.
Onlardan birində təxminən 45 milyon dollar büdcə ilə çəkilən “Fortitude” filminin nüsxəsinin olduğu bildirilir.
Filmin istehsal şirkəti yayım platformasına qarşı məhkəməyə müraciət edərək oğurluq nəticəsində yaranan itkilərə görə “Netflix”i məsuliyyət daşımaqda ittiham edib.
“Netflix” nümayəndəsi isə şirkətin filmin itirilməsinə görə məsuliyyət daşıdığı barədə iddiaları qəbul etməyib.
Şirkət filmin sənaye standartlarına uyğun təhlükəsizlik tədbirləri görülmədən təqdim edildiyini bildirib. “Netflix” məzmun təhlükəsizliyinə ciddi yanaşdığını və istehsal qrupunu dəstəkləmək üçün lazımi tədbirləri gördüyünü deyib.
Şirkətin açıqlamasına görə, film üçün pirat saytların monitorinqi də aparılıb.
İddia ərizəsinə əsasən, “Netflix” filmin reklam materiallarına maraq göstərdikdən sonra iyun ayında onun rəqəmsal nüsxəsini əldə edib.
Faylların daxili nümayişdən sonra silinməsi ilə bağlı təlimat verildiyi halda, sərt disklərin oğurlandığı bildirilir.
“Netflix”in Film Satınalmaları üzrə rəhbəri Şon Berni hadisənin şirkət tarixində ilk belə oğurluq olduğunu bildirib. Təhlükəsizlik qruplarının apardığı araşdırmanın isə hələ nəticə vermədiyi qeyd olunur.
İstehsalçılar “Netflix”i hadisə ilə bağlı polis hesabatının təqdim edilib-edilməməsi barədə məlumat verməməkdə və Los-Anceles Polis Departamentini (LAPD) araşdırmaya cəlb etməməkdə də ittiham edirlər.
Məhkəməyə təqdim olunan iddiada oğurluq nəticəsində filmin beynəlxalq nümayiş planının və mükafat kampaniyasının dayandırıldığı bildirilir.
İstehsalçılar bunun 45 milyon dollarlıq investisiyanı və filmin ümumi istehsal dəyərini riskə atdığını iddia edirlər.
Simon Vestin rejissoru olduğu “Fortitude” filmində Nikolas Keyclə yanaşı, Metyu Qud, Maykl Şin və Ben Kinqsli də rol alır. İkinci Dünya müharibəsi fonunda çəkilən ekran əsəri casusluq mövzusundan bəhs edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay