Qarşımda iri--qalın cildli kitablara belə sığmayan, haqsızlığa, dönüklüyə qarşı haray çəkib, üsyan qoparan şerlər və qəzəllər toplusu var İslamın. Bircə günlüyə mənim ixtiyarıma verilmiş bu poeziya aləmini mən əslində bir ömür kitabçası adlandırardım. Elə ömür kitabçası ki, onu vərəqlədikcə bir insanın keçdiyi həyat yoluna nəzər salır və dözülməz, amansiz, sərt münasibətlərlə tez-tez qarşılaşan bir ömür kino lenti kimi gözlərim önündə canlanır.
Haqqında yazdığım, yaradıcılığından söhbət açdığım qardaşımın ömür bioqrafiyasına nəzər salaq. Qısa da olsa məlumat verim ki, lap nağıllarda olduğu kimi günlərin bir günündə Kür çayından Xəzər dənizinə qədər uzanıb gələn darülmöminlər diyarı Salyanda, çox sadə, zəhmətkeş müəllim ailəsində bir oğlan gəldi dünyaya. Atası Sahib, anası Lumu qadir Allaha, ulu Tanrıya, müqəddəs Qurana inam bəsləyib, etiqad etdiklərinə görə bu uşağın adını dinimizə uyğun olaraq İslam qoydular. Elə dinimiz kimi başıda bəlalı oldu İslamın...

Hələ erkən yaşlarından fələyin kəm baxışlarına tuş gəldi. Başının üstündən insan ömrünü baltalayan "küləklər" əsdi. Həyatın ən ağır zərbəsi ata itkisin uşaq ikən daddı. Beləliklə tale yükü çiyninə ağırlıq etdi. Fəqət keçdiyi keşməkeşli həyat yollarında qazandığı ən ali adı, ən dərin mükafatı nə oldu. Dostlarının sirdaşımı, əzizlərinin qardaşımı, övladlarının atasımı? Bəli İslam Məlikov sadəcə bir dost, bir qardaş, bir ata kimi də istiqlal arasında çarpışan dərdyüklü bir tale qəmxarıdır.

Hələ məktəbli ikən bədahətdən dediyi qafiyələri, tutarlı replika, atmaca və yumorları ilə dost-tanışlarını ürəkdən güldürür, içindən öz kökünə balta vuran xainlərə, satqınlara, nadanlara, saxtakarlığa, simasızlıq və şərəfsizliyə qarşı etiraz edir, onların əyri və bəd əməllərini məharətlə zarafatla gülüş hədəfinə çevirirdi.
Söz sərrafı İslam boyca uca olsa da ilk baxışdan taqətdən düşmüş vücudunda əslində nə qədər güc-qüvvə, mətin iradə, dözüm-səbr, inam-ümid varmış.
Təbiətən sakit, yumor hissi, gülər üz görünən bu qələm sahibinin daxilində Kür çayının coşqun təlatümü, Xəzər dənizinin tufan coşğunluğu çağlayır. Elə bir tufan ki, yuxuya getmiş vicdanları, oyatmağa onların insanlıq uğrunda, haqq-ədalət yolunda mübarizə etməyə savaş aparmağa səsləyir. Ona qarşı olan amansız haqsızlığı, həyatda qarşılaşdığı sərt münasibətlərini, ata fikrini, ana dağını heç vaxt unutmurdu və misralara köçürüb, qəlbinin dərd rübabını beləcə qələmə alıb:

VAR-DÖVLƏT ÜÇÜN BƏZİLƏRİ RÜŞVƏTƏ UYMUŞ,
ALLAHI DANIB, BƏNDƏLƏRİN QANINI SORMUŞ,
ZOR İŞLƏDƏRƏK FƏQİRLƏRİN QƏSDİNƏ DURMUŞ,
NEYÇÜN AXI BƏS QƏSDİMİZƏ BUNCA DURAN VAR.
QƏM ÇƏKMƏ KÖNÜL, ÇÜN HƏLƏ ALLAHA GÜMAN VAR,
KAFƏR NƏ QƏDƏR ÇOXSA, YENƏ ƏHLİ İMAN VAR.


İslam Məlikovun özünə məxsus dəsti xətti, yazı üslubu var. Haqq ədalət carçısı, insan hüquqlarının taptanmasına qarşı barışmaz olan ictimai eybəcərliklərə qarşı üsyankarlıq edən, biganələrə, xəyanətkarlıqlara, bədxahlara qarşı amansız olan söz ustası öz şeir və qəzəlləri vasitəsilə pak hissləri, dəyərli amilləri, Milli ruhu ürəyinin döyüntülərinə, qəlbinin hərarətinə qatır.
Yaşadığımız qarma-qarışıq, ələk-vələk dünyanı söz sücgəzindən keçirən, qəriblik məhrumiyyətlərinə dözən, ruhən özünü unudulmağa məhkum edilmiş kimi hiss edən İslamın fəlsəfələrlə dolu olan poeziya aləmində böyük amallar, müqəddəs hikmətlər məskunlaşıb. Polad xarakterli İslam böyüklüyü, İslam ucalığı insan fitrətindəki saflığı, paklığı əldən verməməsi, haqqı tapdansa belə vüqarını sındırmadı, qürurunu endirməməsi, bədxislətli nadanlara təslim olmamasıdlr.
Etibar, dostluq, sədaqət və həyat haqqında duyğuları islam lirikasının daimi mövzusudur. Bu mövzularda lirik qəhrəmanın daxili paklığı, həssaslığı, müsbət insanı keyfiyyətlərə məxsusluğu, bütün bunlarla yanaşı, həyatda özünün büdrədiyi anlar, cavan ikən beyniqanlıq edib böyük sözünü eşitməməsi,etdiyi səhvlərə yalnış addımlarına görə keçirdiyi peşmanlıq hissi özünü bariz surətdə göstərdi. Onun dediklərindən.

Ömr etdin kədərli, üzü gülmədən,
Ağladın qarşımda yaşı silmədən,
Yalvarıb-yaxardın, qanmadım səni,
Anacan, qurban olum, bağışla məni.


İslam yaradıcılığında baş və əsas mövzu ürəyə toxunan,qəlbləri əridən ən zərif tellər "Ana" və "Ata" ilə bağlı xatirələridir. Bu mövzu "Nə tez əllərini üzdün dünyadan", "Ana, bağışla məni", "Torpağına qurban ay ana"", "Daşın divarın soyuq" adlı şeirlərində öz əksini tapmışdır.

Bəsdir yatdın, dur gedək evimizə,
Laylana həsrətik, layla çal bizə,
Dur gedək, dağ çəkmə sən qəlbimizə,
Niyə danışmayıb- dinmirsən ana!
Sən indi yoxsan Ana, mən sənsiz ölmüş kimiyəm,
Müşkül olduqda işim ürəyi yananımdın Ana!
Bütün övladlarına İlahi çox gördü Səni!
Sən ki, ömrüm-həyatım, Bircə pənahımdın ana!

İslam "Taleyin hökmü", "İkimiz", "Ayrılıq" "Götürün ibrət", bağlıqlı şerləri taleyüklü həyatının, gənc ömrünün ağrılı-acılı günlərinin poetik anımlarıdır. Öz həzinliyi və kövrəkliyi ilə seçilən bu poeziya buketi, şeir çələngi ilə müəllif insanıülviləşdirən, mənən saflaşdıran hiss və duyğuları bizimlə bölüşür.
Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Aramızda olmasada hər dəfə onun qəzəllərin və şeirlərin oxuyanda elə bilirəm yenədə harasa gedib. Yenə gələcək.

Son xəbərlər

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031