50 İLLİK TOY: Bir əllini vurub başa, yetişəsiz yüzə, qardaş! - FOTO
50 İLLİK TOY
Bir əllini vurub başa, yetişəsiz yüzə, qardaş!


...İllər də quşqanadlı olurmuş. Orta məktəbin 9-cu sinfində oxuyurduq. Bizimlə oxuyan qızların arasında qarayanız, qırmızıyanaq, baxışları dizlərindən yuxarı qalxmayan, dindirməsən gün ərzində bircə kəlmə dillənməyən Həyat bacı Aşağı Ayrımdan el ağsaqqalı Həsən əminin ailəsində dünyaya göz açmışdı. Həsən əminin anası Narın xala da kəndimizin qızı idi, Aşağı Ayrıma gəlin köçmüşdü...
Qızı Həyat böyük bacım Pəriyə çox oxşayırdı. Ona görə də sinfimizdə elə o vaxtdan bacı deyirdim. Həyat bacımın taleyi, sən demə, Hüseyn qardaşıma yazılıbmış. Bu qarşılıqlı sevgi gözəl bir ailə yaratmışdı. Bu izdivacdan iki oğlan (Anarla Vüqar) və iki qız (Ahu ilə Təranə) dünyaya göz açmışdı. Balalar da quş qanadında böyüyür, ata-ananın istək və arzuları ilə pərvazlanırdı.
Bu gün Hüseyn qardaşımın - məni babalıq taxt-tacına yüksəldən Günay balamızın, onun da balaları Ümidimizlə Davidimizin ana babası ilə nənəsi Həyat bacımın ailə həyatı qurmalarının 50 illiyidir!

50 İLLİK TOY: Bir əllini vurub başa, yetişəsiz yüzə, qardaş! - FOTO

Nə gözəl bir yubileydir, Allah! Sədaqətli ailələrin 100 illlik yubiley də olur. Məsələn, Kəlbəcərdə, Yanşaqda İlyas baba ilə Xatın nənənin “Qızıl və briliyant toy”ları televiziyaya çəkilmişdi, həm də Moskva TV-si.
Bu gün Hüseyn əmioğlu ilə Həyat bacımın ailəsində boy atıb pərvazlanan balalar xoşbəxtdirlər ki, belə bir ailədə dünyaya göz açıbla və Hüseyn, və Həyat bacı kimi bir-birinə sədaqətli, mehriban, ailəcanlı, qohum-əqraba sevdalı valideynləri var.
Arzu edirik ki, özlərinin və balalarının da 50-60-70-80-90-100 illik toylarını TƏBRİK etsin qohum-əqraba, yaxın-uzaq qohumlar!
100 yaşayın, müdrik baba-nənə cütlüyü!
Sağ əliniz yeni ailə quran balalarınızın başına!
Bir əllini vurub başa,
Yetişəsiz yüzə, qardaş!
Təbrik üçün dost-doğmalar
Üz tutsunlar sizə, qardaş!

Qoşa olun ömür boyu,
Görün neç nəvə toyu.
Qoruyursuz nəsil-soyu,
Təpər gəlsin dizə, qardaş!

Həyat bacı ömür-gündü,
Dndirmədin, çətin dindi.
Bu gün 50 illik toyunuzdu,
Gəlməyəsiz gözə, qardaş!


Hörmətlə,
Nərimanoğlular, Sadıqovlar, Nəcəfovlar
ailəsi adından Məhəmməd
Bakı, 24 noyabr 2024-cü il.

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930