ANA ƏVƏZİ BÖYÜK BACI - 65-in MÜBARƏK!
ANA ƏVƏZİ BÖYÜK BACI
Bu gün onun yubiley yaşıdır

Anamın iki qızı var. Onlar bir-birindən 4 il aralıqla dünyaya gəliblər... Hər ikisinin xətri mənim üçün əzizdir. Amma mən bu gün ömür nərdivanının 65-ci pilləsində qərar tutmuş böyük bacım, ana əvəzim Badamxanım haqqında danışmaq istəyirəm. O, bacıma böyuk bacı, mənimçünsə ikinci anadır... Üzərimdə cox böyuk zəhməti var... Gənclik illərimdən onun yanındayam...
Özümü dərk edəndən, onu tanıyandan bilirəm ki, o, olduqca sakit, təmkinli, səbirli, mehriban, qayğıkeş, həlim xasiyyətli bir Azərbaycan xanımıdır. Bu xasiyyət indiki dövrdə təəssüf ki, hər bir qadına müyəssər olmur. Amma mənim bacım tamam başqadır…
Bakıya köçəndən o, məni hər cəhətdən bir an belə tək qoymayıb. Hara getmişəmsə, hansı addımı atmışamsa, hamısından xəbər tutub. Hərçənd o, mənə böyük qardaş yox, ata kimi baxır, amma o mənim böyük bacımdır, ana əvəzimdir!..

Mənim çətin anlarımda çox sarsılıb, kədərlənib, hətta ağlayıb. 2019-cu ildə mən səhhətimin qəfil ağırlaşması ilə bağı xəstəxanaya düşəndə hər iki bacım "qardaşıma sarılmaq mənə bir də nəsib olsun" əhdini etmiş, hətta mənimçün nəzir belə demişdi. Allah onların bu qurbanlarını qəbul etdi...
Atam 2016-cı ildə kənddə ayağını sındıranda Bakıya üz tutmalı oldu. Ona ilk qucaq açan məhz bacım və həyat yoldaşı oldu. Bu bir həqiqətdir!.. Düz bir il yarım onun əziyyətini, nazını çəkdi, onun səhhətinin normallaşması, tez sağalın ayağaqalxması üçün canından belə keçdi. Atam sağalıb yenidən bizim sıramıza qoşuldu.
ANA ƏVƏZİ BÖYÜK BACI - 65-in MÜBARƏK!

Bizim uşaq vaxtı hər cür qayğımızı anamızla çəkən atamız bu dəfə bizim qayğımızla əhatə olundu. Atam bacımgildə qalanda bacım və qardaşım da ona baş çəkir, ehtiyaclarını ödəməyə çalışır, bu və ya digər köməkliklərini əsirgəmirdilər…
***

Bacı həmişə qardaşın havasına uçub; mahnılarda, düzgülərdə belə qardaş toyunda oynaya bilmək həvəsində olub. Bülbülümüz necə şövqlə oxuyurdu:
O gülün birin üzeydim,
Tellərinə düzeydim.
Qardaşımın toyunda,
Sındıra-sındıra süzeydim.

Nazəndə bacı rəqsinin, coşqun bacı məhəbbətinin ritmi var hər misrasında. Bacı həmişə düşünüb ki: "Üzük qaşıyla tanınar, bacı qardaşıyla", filan pəhləvanın, qəhrəmanın, sadəcə yaxşı insanın bacısı adını daşımaqla fərəh duyub. Özü bir igidlik, yaxşı əməl sahibi olubsa, bunu qardaşın adıyla bağlayıb. Dastan və nağıllarımızda qədim Türk-Azəri qızı belə olub. Belə bir nağıl-rəvayət var. Bir qadının əri, oğlu və qardaşı həbs olunubmuş. Üçü də dara çəkiləcəkmiş. Dar ağacı qurulubmuş. Meydan süpürülüb, sulanıbmış. Taxt-rəvan hazırlanıbmış. Şah gəlib əyləşən kimi, bir qadın başından kəlağayısını açıb, şahın ayaqları altına atır. Şah deyir:
ANA ƏVƏZİ BÖYÜK BACI - 65-in MÜBARƏK!

- Qadın, sən ismət pərdəsini üzündən götürüb "aman" diləyirsən. Bilirəm ki, bu üç nəfər sənin ən yaxın adamlarındı. Cürətinə görə onlardan birini sənə bağışlayıram. Seç, de: kimi?
Qadın düşünmədən deyir:
- Qardaşımı.
Padşah, vəzir-vəkil, meydanı əhatə edən yetiklilər heyrət içində donub qalır. Şah özünü ələ alıb soruşur:
- Neyçün qardaşını? Məgər oğlun, ərin əziz deyil sənə?
Arvad cürətlə cavab verir:
- Əzizdilər, qibleyi-aləm. 25 ilin baş yoldaşı ismətimdir. 20 yaşlı oğlumu boya-başa çatdıracan kipriyimlə od götürmüşəm. Amma...
Şah qəzəblənir:
- Nə amma?
- Məni bağışla, qibleyi-aləm. Amması budur ki, ər eldəndi, ərə gedə bilərəm. Oğul bətnimdəndi, doğa bilərəm. Ancaq atam-anam vəfat edib, qardaş tapa bilmərəm.
Şahın xoşu gəlir qadının izahından. Deyir:
- Ana-bacılarımızın ən müdriki, get apar əzizlərini. Üçünü də sənə bağışlayıram.
Dostlar, görürsünüzmü necə də ibrətamiz bir rəvayətdir. Bax mənim bacım da bu xarakterə malikdir.
65 yaşlı bacıma cansağlığı, ailə səadəti, övlad fərəhi, nəvə sevinci, bir də həyat yoldaşı Kavus bəyə sağlamlıq, şəfqət arzulayıb onu səmimi-qəlbdən təbrik edirəm və sonda bir şeiri ona ərməğan edirəm.
Qardaşdır, bacıdır həyatın dadı,
Ömrümün işığı, başımın tacı.
Həyatda anadır qardaşa bacı,
Onlarsız həyatım olmasın, dünya!

Onlardır həyatın mənası, özü,
Dünyanın sərvəti, sevimli gözü.
Mənə çox əzizdir onların sözü,
Onlardır həyatda dayağım, dünya!

Onlar üçün canım qurban eylərəm,
Gəlibdir sinəmə, düzün söylərəm.
Görməyəndə alışaram, göynərəm,
Olmasın onlarsız bir günüm, dünya!

Onlardır dünyada dinim-imanım,
Şad gündə sinəmdə sazım, kamanım.
Çətinə düşəndə bircə gümanım,
Dolanım onların başına, dünya!

P.S. Ailədə baş vermiş hüznlü anların davam etdiyi bu günlərdə bacım haqqında çox yaza bilmədim. Bir gözümüz yaşlıdır, bir gözümüz də sevincli. Ona görə yəqin ki, bacım yazımın kiçikliyini mənə bağışlayar.
P.S. Yaxşı ki varsınız, mənim dəyərli və sevimli bacı-qardaşlarım!

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930