
Xəbərlər
31.07.2026, 13:03
BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO
Zülmət saçlarını yolub qaçanda,
Günəş səhər erkən şəfəq saçanda,
Jalədən su içən qönçə açanda,
Adamın o anda oyanır qanı,
Gözəllik bəxş edir səhərin danı.
Kənddə yaşayanlar çox yaxşı bilir,
Yorğun insanların yuxusu gəlir.
Yuxulu gözlərin əliylə silir,
Qulağına dəysə xoruzun banı,
Gözəllik bəxş edir səhərin danı.
Səhərin mehiylə əsəndə tellər,
Vurduqca cəh-cəhin şeyda bülbüllər.
Hər yerdə açırsa rəngarəng güllər,
Bürüyür ətriylə, vallah, hər yanı,
Gözəllik bəxş edir səhərin danı.
Qışda bərəkətidir yağış da, qar da,
Yazda qaranquş da, qartal da, sar da,
Bütün gözəlliklər cəm olub burda,
Seyr elə bunları, Vətənin tanı,
Gözəllik bəxş edir səhərin danı.
Şeirlər yazılan fəsli-yazının,
Qəlblərdə dil açan kaman-sazının,
Qeyrətli oğlunun, gözəl qızının,
Vətənə fədadır hər birin canı,
Gözəllik bəxş edir səhərin danı.
Hər guşə, hər yerdə qəşəng görünür,
Dağları dumana, çənə bürünür.
Düşmənlər ilantək yerdə sürünür,
Belə cənnət diyar harda var, hanı?
Gözəllik bəxş edir səhərin danı.
29.07.2026
Günəş səhər erkən şəfəq saçanda,
Jalədən su içən qönçə açanda,
Adamın o anda oyanır qanı,
Gözəllik bəxş edir səhərin danı.
Kənddə yaşayanlar çox yaxşı bilir,
Yorğun insanların yuxusu gəlir.
Yuxulu gözlərin əliylə silir,
Qulağına dəysə xoruzun banı,
Gözəllik bəxş edir səhərin danı.
Səhərin mehiylə əsəndə tellər,
Vurduqca cəh-cəhin şeyda bülbüllər.
Hər yerdə açırsa rəngarəng güllər,
Bürüyür ətriylə, vallah, hər yanı,
Gözəllik bəxş edir səhərin danı.
Qışda bərəkətidir yağış da, qar da,
Yazda qaranquş da, qartal da, sar da,
Bütün gözəlliklər cəm olub burda,
Seyr elə bunları, Vətənin tanı,
Gözəllik bəxş edir səhərin danı.
Şeirlər yazılan fəsli-yazının,
Qəlblərdə dil açan kaman-sazının,
Qeyrətli oğlunun, gözəl qızının,
Vətənə fədadır hər birin canı,
Gözəllik bəxş edir səhərin danı.
Hər guşə, hər yerdə qəşəng görünür,
Dağları dumana, çənə bürünür.
Düşmənlər ilantək yerdə sürünür,
Belə cənnət diyar harda var, hanı?
Gözəllik bəxş edir səhərin danı.
29.07.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












