Xəbərlər
29.08.2026, 11:40
BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !
Əsgərov Rüfət Mürvət oğlu 1981-ci il avqust ayının 29-da, Zəngəzur mahalı Qubadlı rayonunun Aşağı Mollu кəndində anadan olub.
1988-1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məкtəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb.Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) təhsil alıb. Kəşfiyyatçı olan Rüfət Əsgərov ailəli idi, 2 övladı yadigar qaldı.
1988-1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məкtəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb.Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) təhsil alıb. Kəşfiyyatçı olan Rüfət Əsgərov ailəli idi, 2 övladı yadigar qaldı.
"Leytenant" hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində, "baş leytenant" hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. "Kapitan" hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə "mayor" hərbi rütbəsi ala Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinin (AAHM) "Kəşfiyyat" Kafedrasının baş müəllimi idi.
Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan respublikasının prezidentinin sərəncamı ilə Rüfət Mürvət oğlu Əsgərov Qüsursuz xidmətə görə III dərəcəli medalı,Qüsursuz xidmətə görə II dərəcəli medalı, Qüsursuz xidmətə görə I dərəcəli medalı, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı, "Hərbi xidmətlərə görə" medalı, Rəşadət ordeni , ilə təltif edilmişdir.
Şəhidimizi hörmətlə, qürurla anırıq
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik !
Mirvarid Dilbazi Poeziya Məclisi
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






