Xəbərlər
3.04.2024, 21:47
BELA ZƏNGİBASARLI: HƏYATIN GÖZƏLLİYİ - FOTO
HƏYATIN GÖZƏLLİYİ
Həyat necə gözəl olar
Hər şey ürəyincə olsa?
Ürəklərdən ürəklərə
Gülüş, sevinc, nəşə dolsa.
Kaş bir kimsə bir kimsənin
Bostanına daş atmaya.
Kaş dilindən baha alıb,
Ara vurub, tez satmaya.
Kaş hər bir kəs özgəsinin
Uğuruna tez sevinə.
Təmiz qəlblə, saf ürəklə
Addım ata dost evinə.
Kaş pambıqla baş kəsməyə
Üzə baxıb, gülə-gülə.
Etdiyini başa qaxıb
Gətirməyə heç vaxt dilə.
Həyat o vaxt gözəl olar
Pisliklərdən uzaq dursan.
Vicdanınla ömür sürüb
Şərəfinlə başa vursan.
02.04.2024
Hər şey ürəyincə olsa?
Ürəklərdən ürəklərə
Gülüş, sevinc, nəşə dolsa.
Kaş bir kimsə bir kimsənin
Bostanına daş atmaya.
Kaş dilindən baha alıb,
Ara vurub, tez satmaya.
Kaş hər bir kəs özgəsinin
Uğuruna tez sevinə.
Təmiz qəlblə, saf ürəklə
Addım ata dost evinə.
Kaş pambıqla baş kəsməyə
Üzə baxıb, gülə-gülə.
Etdiyini başa qaxıb
Gətirməyə heç vaxt dilə.
Həyat o vaxt gözəl olar
Pisliklərdən uzaq dursan.
Vicdanınla ömür sürüb
Şərəfinlə başa vursan.
02.04.2024
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












