Qırğızıstan Milli Kitabxanasında Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin (1925-2009) 100 illiyi münasibətilə qırğız dilində yeni nəşr olunmuş "Seçilmiş əsərləri"nin ("Tandalqan çıkarmalar") və "Mənim dostlarım" (1949) adlı ilk kitabının təkrar nəşrinin təqdimatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Bəxtiyar Vahabzadənin ömür və yaradıcılıq yoluna, ictimai fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova çıxış edərək Bəxtiyar Vahabzadənin kitabının qırğız dilində çap olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

TÜRKSOY-un Baş katibi və yeni nəşrin ön söz müəllifi Sultan Raev deyib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı təkcə doğma yurdu Azərbaycanın deyil, eyni zamanda, bütün Türk dünyasının birliyinin, bərabərliyinin təcəssümüdür. Baş katib bildirib ki, təşkilat böyük şairin 100 illiyi münasibətilə 2025-ci ili "Bəxtiyar Vahabzadəni anma ili" elan edib. TÜRKSOY-un dəstəyi ilə nəşr olunan kitab qırğız oxucuların şairin yaradıcılığı ilə dərindən tanışlığı üçün qiymətli mənbədir.

Mədəniyyət naziri Adil Kərimli XX əsr Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin milli-etnik yaddaşımızla bağlı çox qiymətli əsərlər qələmə aldığını deyib. Bildirib ki, Xalq şairinin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın ali təltiflərinə layiq görülüb, xatirəsi əbədiləşdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Bəxtiyar Vahabzadənin 100 illiyi dövlət səviyyəsində geniş qeyd edilir. Nazir yeni nəşrlərin şairin yubileyinə dəyərli töhfə olduğunu bildirib.

Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və nəşrin tərcüməçiləri Altınbek İsmailov, Baktıgül Çoturova, Ömürbek Tillebaev və başqaları çıxış edərək B.Vahabzadənin şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Tədbirdə incəsənət ustalarımızın ifasında B.Vahabzadənin sözləri üstündə musiqi nömrələri ifa olunub, şeirləri bədii qiraət edilib.





Son xəbərlər

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031