Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatı keçirilib - FOTO
Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Kitabxanasında tanınmış dövlət və elm xadimi, akademik Darxan Qıdırəlinin "Daşa yazılmış tarix" kitabının Azərbaycan, türk və qırğız dillərində nəşrinin təqdimatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Təqdimatda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli kitabı Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfə kimi səciyyələndirib. Bildirib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib: “Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır”.

Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışan nazir deyib ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. "Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. Əminəm ki, bu kitab kitabxanalarda və bir çox insanların tariximizin dərinliklərinin öyrənilməsinə, gələcək nəsillər üçün bilik və ilham mənbəyi olacaq”, – deyə Adil Kərimli bildirib.

Nazir çıxışında həmçinin Türk dünyasının ortaq mədəni irsi barədə müştərək sənədli filmin çəkilməsi təklifini də diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından Darxan Qıdırəliyə yeni kitabının işıq üzü görməsi və onun Azərbaycan, Türk və Qırğız dillərinə tərcümə edilməsi münasibətilə təbriklərini çatdıran nazir ona yeni yaradıcılıq uğurları arzulayıb.

Adil Kərimli ötən ilin 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı dost ölkənin müvafiq qurumları tərəfindən göstərilən operativ köməyə və verilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına, eləcə də bütün türk dövlətlərinə təşəkkürünü bildirib.

Digər çıxış edənlər də nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqramı təqdim olunub.

Qeyd edək ki, fevralın 7-də Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondu Şurasının 2-ci iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdədir.
Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatı keçirilib - FOTO
Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatı keçirilib - FOTO
Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatı keçirilib - FOTO
Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatı keçirilib - FOTO

Son xəbərlər

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirdi

Ermənistanda "sükut günü" başladı

QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

UNUDULMAZ MÜƏLLİMİM HAQQINDA KİTAB - FOTO

“Baffi”nin aktyoru öldü

Türkiyənin balıqçı gəmisinə hücum oldu - Ölən və yaralananlar var

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Mirələm Mirələmovun atası vəfat etdi

Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı

Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək

Bakıxanovda yaşayış binası yanır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Dünya sərt qayalı künc-bucaq oldu - FOTO

Bakıda bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930