Xəbərlər
21.06.2026, 22:53
Amerika ilə təmaslar tam kəsilməyib - KİV
İsveçrədəki İran-ABŞ danışıqlarına rəsmi formatda xitam verilsə də, danışıqlar vasitəçilər üzərindən qeyri-rəsmi müstəvidə davam etdirilir.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilir ki, etiraz olaraq masadan qalxan İran nümayəndə heyəti qaldığı hotelə geri dönsə də, Amerika tərəfi ilə təmaslar tam kəsilməyib və pərdəarxası müzakirələr aparılır.
Telekanalın mənbələri vurğulayır ki, rəsmi Tehran iki mühüm şərt yerinə yetirilməyənə qədər rəsmi danışıqlar masasına əyləşmək niyyətində deyil. Belə ki, İran heyəti ilk növbədə ABŞ Prezidenti Donald Trampın hədə dolu bəyanatlarına görə rəsmən üzr istəməsini, eyni zamanda İsrail ordusunun Livanın cənubundan dərhal çıxarılmasını tələb edir.
Xatırladaq ki, ABŞ Prezidentinin İrana yönəlik hədəsindən sonra İsveçrə danışıqlarında kəskin böhran yaranmışdı.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay