RAUF ASLANOV,
AYB-in sədrinin baş müşaviri

“And olsun qələmə və sözə” – bu ilahi kəlam insanın ən böyük nemətlərindən ikisinin ucalığını göstərir. Sözə dəyər verən, qələmi müqəddəs sayanlar Allahın ən sevimli bəndələridir. Onlarla işləmək həm rahat, həm də çox çətindir. Çünki onlar kövrək, sadə, çılğın və eyni zamanda həssas olurlar. Amma haqqa tapınan, həqiqəti sevən insanlardır. Onları səbrlə dinləyib qayğısına qalmaq böyük dözüm tələb edir.
Yazıçılar Birliyi bütün yaradıcı insanların məbədidir. Bura qədəm qoyan hər bir insan özünü hüzura qovuşduğu müqəddəs bir məkanda hiss edir. Burada Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Fikrət Qocanın və daha neçə-neçə söz ustadının ruhunu duyursan. Hardasa onların səsi gəlir qulaqlarına, nəfəsini hiss edirsən...

Burda şair və yazıçıların daha məhsuldar işləməsinə dəstək verən, onların arzu və istəklərinin həllinə qayğı göstərən insanlar var. Onlardan biri də Azərbaycan Yazıçılar Birliyin sədrinin baş müşaviri Rauf Aslanovdur. O, yanına gələn hər bir yaradıcı insanı doğması kimi qarşılayır, səbr və təmkinlə dinləyir, bacardıqca kömək edir. Məmurdan çox, yaradıcıların yanında dayanan, onları anlayan, hər işdə dəstək olan doğma bir dostdur.
Rauf müəllim özü yazıçı olmasa da, yaradıcı insanların "dilini tapmağı", onları anlamağı və bütün təşkilati məsələləri mükəmməl şəkildə yönləndirməyi bacarır. Yazıçılar Birliyində üzərinə düşən ən mürəkkəb işləri səbr və dəqiqliklə idarə edən, söz adamlarının yanında daim dayanan bir sirdaşdır. Onun davranışında doğmalıq, təmkinində isə müdriklik var. Onunla ünsiyyətdə olan hər kəs, istər gənc yazar, istərsə də ədəbiyyatın tanınmış siması olsun, özünü rahat hiss edir, ürəyini aça bilir.
O, yalnız idarəçi deyil, həm də körpü salandır: yazıçı ilə oxucu, yaradıcılıqla cəmiyyət arasında möhkəm bağ yaradır. Şəxsiyyətini mərhəmət, sədaqət, təvazökarlıq və qayğı üzərində formalaşdırıb. O, kreslonu yox, sözün və insanın ucalığını seçib. Bu gün qazandığı hörmətin və sevginin sirri də məhz bu səbəbdəndir.
Rauf Aslanov yaradıcıların yanında dayanan, Yazıçılar Birliyinin fəaliyyətini hər detalına qədər düşünərək irəli aparan sadiq dost və ziyalıdır. O, bizə insanlıq və dostluğun dəyərini xatırladan canlı nümunədir.
Şərafəddin İlkin,
Şair -publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Rəsul Rza mükafat" laureatı.

Son xəbərlər

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31