“Mənim varım,sərvətim də sözdü, söz”!

“Yaxşı bədii əsər oxucunun hislərinə,
düşüncəsinə təsir edir, onu hərtərəfli zənginləşdirir”.
(İlyas Əfəndiyev)


Dünyanın ən müqəddəs andı Allahın “Qələmə and olsun!” andıdır. Məncə, qələm götürənlər (elə şairlər də) gərək and içələr:"And içirəm ki, həmişə qələmə sadiq qalacağam, qələmin yanında olacağam!" Elə bu mənada da qələmin yanında olanlar hamının yanında olanlardır. Qələmə sığınanlar Tanrıya sığınanlardır.Demək, qələmə üz tutmaq, sözə sığınmaq Tanrıya sığınmaq kimi bir şeymiş.
Qələmin yanında olanlardan (qələmi əlində olanlardan!), sözə Allaha sığınırmış kimi sığınanlardan biri də şairə xanım, dostumuz Solmaz Şirvanlıdır. Solmaz Xanım da sözə yolçuluğun “məhkumu”, Əlahəzrət Söz mülkünün cəfakeşlərindəndir. Əsl söz adamlarına xas olaraq Solmaz xanımın da qələmi Allahın dediklərini, diktə etdiklərini yazır. Bu qələm Allaha dua edir. Düzlük, doğruluq yolunu göstərir, cəmiyyətin stereotiplərini “qılınclayır”, Vətən anlayışını bir daha müqəddəsləşdirərək sıradan hər kəsə tanıdır və sevdirir. Şairin qələm məhsulları Onun bir söz adamı, həqiqi vətəndaş olaraq Vətənə, yurda, elə, obaya, vətəndaşımıza, ölməz qəhrəmanlarımıza olan eşqini aləmə car çəkir. Həm yana-yana, həm də qürur hissi ilə...
Bu qələm şairlə birgə oxucusunu Vətənə məhəbbət hissinə kökləyir, el yolunda qəhrəmanlığa sövq edir, doğru, düzgün yol tutmağı tövsiyə edir. Bu gün təzadlarla çaba verdiyimiz bir zamanda daha çox adıgedən nüanslara diqqət yetirməyimiz önəmlidir. Solmaz xanım onu narahat edən nə varsa hamısını poetikləşdirir, nizamla nəzmə çəkərək oxucuya çatdırır. Onun qələmində cəmiyyətdaxili təzadlar, antaqonizm, stereotiplər poetikləşir və bütün mənfiliklər həllinə doğru yol alır. Elə bu mənada da Solmaz Şirvanlı yaradıcılığını mübariz ruhlu, düşündürən və düşündürdüyü kimi də daşındıran poeziya adlandırsam heç də yanılmaram məncə. Solmaz xanım Şirvanlı sıradan bir yazar , necə deyərlər Tanrı seçilmişi olaraq boyuna biçilmiş, alnına yazılmış, qədərinə həkk olunmuş şairlik missiyasını layiqincə yerinə yetirməklə məşğuldur bu gün. Xalq şairi Səməd Vurğun şairi izdiham içindən boy verib göstərən adama bənzədirdi. Solmaz xanım Şirvanlı da bu gün az qala hamının şeir yazdığı izdiham içindən özünün və sözünün (qələminin!) boy-buxunu ilə görünməkdə, şərəflə boy verməkdədir.
Solmaz xanımın yaradıcılığı çoxşaxəlidir. Professional qələm sahibi olaraq yazır, yaradır, mütəmadi olaraq yeni söz, yeni nəfəslə gündəlik tələbkar oxucusunun görüşünə gəlir. Şairə xanım ürəyindən qələmə, qələmin "ürəyindən" vərəqə,vərəqin "ürəyindən" oxucularına ünvanlanan bir yolçuluqla yazır-yaradır. Və bu yolçuluğu elə öz diliylə də izhar edir:
Kim öyünür sərvətiylə öyünsün,
Mənim varım,sərvətim də sözdü, söz!
Kim aparır yığdığını siz deyin,
Yanıb yerdə külə dönən közdü,köz!

Bütün həyat , yaşam missiyasını Solmazın şeirləri bir “proqram sənədi” olaraq özündə ehtiva edi. Oxucu Onun şeirlərini oxuduqca bir daha Onu rakursdan kəşf edir, bir daha tanıyır:
Məni soruşmasan daha yaxşıdı,
Yaxşılıq hər kəsin ömür naxşıdı,
Naxış da insanın həyat baxşıdı,
Ğül naxışım,nur baxışım var mənim!
Söz sərvətim, qılınc kimi qələmim,
Dünya mənim,yox kədərim,nə qəmim,
Sahilə yan alır yelkənli gəmim,
Arazıma Kür axışım var mənim.

Solmaz xanım vətənpərvər bir şairdir. Onunçun Vətən anlayışı müqəddəs nəsnə olaraq doğulduğu, boy verdiyi ocaqdan – kənddən başlayır. Buranın tozlu, palçıqlı, çamurlu , həyat şəraitinin iri meqapolislərə rəğmən çətin olmasına baxmayaraq Solmaz üçün olduqca müqəddəs bir məkana çevrilir, daş-daş, kəsək-kəsək müqəddəsləşir. Hər daşı, hər kəsəyi, yolu-rizi poetik dillə dilləndirir Solmaz xanım:
Necə alim,neçə Loğman yetirib,
El yolunda igidlərin itirib,
Sinəsində şəhid dağı bitirib,
Sazlı-sözlü bir dastandır kəndimiz,
Qaynar günəş,gülüstandır kəndimiz.

Solmaz Şirvanlının “Ey Vətən” şeiri Onun həqiqi vətəndaşlığının, Vətən təəssübü çəkməyinin aksiomudur:
Dağlarında qar olam,
Bağlarında bar olam,
Torpağında var olam,
Daşda bitəm, ey Vətən!
Bir gül olam bağında,
Qartal olam dağında,
Olam gənclik çağında,
Dil- dil ötəm,ey Vətən!
Nəğmə olam dillərdə,
Çiçək açam çöllərdə,
Rüzgar olam yellərdə,
Öləm- itəm, ey Vətən!
Solmazın bahar-yazı,
Sənsən söhbəti- sazı,
Qəlbində şah murazı
Sənə yetəm,ey Vətən!

Poeziya insanı, təbiəti, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Solmaz Şirvanlının poeziyası öz qüdrətini torpaqdan, qandan aldığı üçün həqiqi, original və seviləndir. Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi və s. kimi duyğular Solmazı yazmağa, yaratmağa səsləyir. Ayla gecə, Günəşlə gündüz, bülbüllə gül qovuşduğu kimi, söz də öz qiymətinə Solmazın şeirlərində qovuşur. Bütövlükdə bu şeiriyyət, bu lirika tam halda çağdaş ədəbiyyatımızın inkişafına xidmətdə dinamikləşir. Ana ilə balanı, gecə ilə gündüzü, yerlə göyü ayırmaq mümkün olmadığı kimi, sözü də ədəbiyyatdan ayırmaq olmaz. Çünki ədəbiyyat söz üzərində bərqərar olub. Gün kimi aydındır ki, qiymətli söz, yazarı əbədiləşdirir. Bu isə hər yazara qismət olmur.

Deyir ki,yaz hələ zirvəyə ucal,
Can vermə fələyə,fələkdən bac al,
"Cəvahir Kəlam"dan başına tac al,
Rəbbim verib qələm,dil deyir mənə.

Qələm dostumuz, saz, söz aşiqi, şairə xanım Solmaz Şirvanlıya yaradıcılıq uğurları və bol-bol oxucu sevgisiylə:

Malik Balaşov
Publisist, “Qızıl qələm” media mükafatçısı

Son xəbərlər

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31