ŞEİR PƏRVANƏSİ - Səkinə BAYRAMOVA
Ş E İ R
P Ə R V A N Ə S İ


Pərvanə oda yandı
Od tutdu o da yandı.

Bəli,Solmaz Şirvanlı bir şeir pərvanəsidir.Feyzbuk səhifələrində təkrarsız,kimsəni təqlid etməyən Solmaz Şirvanlı imzasını tanımayan oxucu azdır.İllərdir bu şeir aşiqi dövlət qurumlarından heç bir mükafat ,ödül gözləmədən yazıb-yaradır.
Həyatda tale,qismət payından yarımayan,ömür-gününü yalnız ədəbiyyata bağlayan Solmaz xanım "mənim oğlum da,qızım da,ailəm də şeirdir" deyir.
Solmaz Şirvanlı Ədilova Ağaxan qızı 1955-ci ildə Şamaxının Ovculu kəndində doğulmuşdur.
Orta məktəbi həmin kənddə fərqlənmə ilə bitirmişdir.

1976 cı ildən başlayaraq məqalələri ,publisist yazıları həm rayon,həm də Respublika mətbuatında dərc olunmağa başlamışdır.1994-1996 cı illərdə yazdığı şeirlərini çap etdirmək arzusu ilə Musa Yaqubla görüşmüş,ustad şair onu redaktoru olduğu "Cavanşir yurdu "qəzetinə gətirmiş və Solmaz xanım bir müddət bu qəzetdə çalışmışdır.
Solmaz xanım daima ictimai işlərdə öncül olmuşdur.İstər rayon,istərsə də ölkəmizdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir.
Şeirləri Türkiyə,Kərkük və Bağdatda ödüllərlə yer qazanmışdır.Onlarla mükafata layiq görülmüşdür.
Bir soyuq qış günündə dünyaya gəlsə də qəlbi həmişə bahar təravətli,ürəyi dağ çiçəkıəri kimi al-əlvan ,şeirləri nazlı gəlintək pərvazlanan şairdir Solmaz xanım.
ŞEİR PƏRVANƏSİ - Səkinə BAYRAMOVA

Babaları Xaqani,Nəsimi və Seyid Əzimin şeiriyyət ruhu bu cəfakeş söz ustadının damarlarında axaraq,şairlik mənbəyi bu ədəbiyyat çeşmələrindən su içmiş,Solmaz Şirvanlı kimi tanınmışdır.
Onun yaradıcılığının əsasını vətənpərvərlik mövzusu təşkil edir.
İkinci Qarabağ-Vətən savaşı başlayan gündən o ,qələmini süngiyə çevirdi.Torpaqlarımızı al qanları ilə suvaran igid oğullarımızı qələbəyə səsləyən şeirlər yazdı.Ölməz şəhidlərimizə qələmi ilə ağılar qoşdu.Və tezliklə bayatıları,ağıları musiqiyə çevrilib,qanad açdı.
Tanınmış sənətçi Yaqub Zurufçu onun sözlərinə yazılmış Şəhidlər mahnısını ürək sızıltısı ilə ifa edərək,şəhidlərə sanki Solmaz Şirvanlının laylasını deyirdi.
Ürəyində bütün şəhidlərin dərdini gəzdirən,şeir yazarkən qəlbinin atəşini söndürən Solmaz xanım dövrünün qadın yazarları arasında mən bir ədəbiyyatşünas alim olaraq deyərdim ki, ən istedadlı,özünəməxsus üslubu olan söz aşiqidir.

Bu gün dəyərli ustad,publisist Solmaz Şirvanlının həm də doğum günüdür.Şairlər yüz il yaşasa belə yenə azdır.
Mən də Solmaz xanıma Uca Rəbbimdən sağlıqlı,mənalı,yaradıcılıq uğurları ilə dolu olan 100 il ömür arzu edirəm!

Səkinə BAYRAMOVA,
Filologiya elmləri doktoru

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031