Azərbaycan Rəssamlar İttifaqının Gəncə Bölməsi yerləşdiyi Urban Mərkəzindən çıxarılıb.

Bu barədə “Qafqazinfo”ya Gəncə bölməsinin rəhbəri, əməkdar mədəniyyət işçisi Natiq Əhmədzadə məlumat verib.

O bildirib ki, bir neçə gün öncə onları mərkəzdən çıxarıblar: “Mərkəz Gəncə Dövlət Filarmoniyasının balansındadır. Deyildi ki, rəhbərlik bizim oradan çıxmağımızı istəyir, başqa nəsə yaradacaqlar. Səbəbi dəqiq bilmirik. Elektrik enerjisindən istifadə etdiyimizi dedilər. Amma biz orada elə də böyük məbləğdə elektrik enerjisi sərf etmirdik. Hətta elektrik enerjisinin ödənişini də öz üzərimizə götürdük. Amma yenə də çıxardılar. Mərkəzi hörümçək toru basmışdı, biz oranı təmizlədik. Təxminən 34 rəssam və heykəltaraşın əsərləri var idi, indi hamsı əsərlərini evə aparıb”.

Məlumatda bildirilib ki, məsələdən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da xəbərdadır. Gəncə bölməsi üçün yeni yer axtarılır.

Şikayətlə bağlı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına sorğu ünvanladıq. Qurumdan deyildi ki, filarmoniyanın Urban Mərkəzi yaradıldığı gündən etibarən şəhərin fəal mədəni platformalarından biri kimi fəaliyyət göstərir: “Bu məkanda mütəmadi olaraq konsert proqramları, kitab təqdimatları, rəsm və foto sərgiləri, yaradıcı görüşlər, müzakirələr və digər mədəni tədbirlər təşkil edilir. Urban Mərkəzinin əsas məqsədi sənət adamları ilə tamaşaçı arasında canlı ünsiyyət mühiti yaratmaq, müxtəlif yaradıcı təşəbbüslərin həyata keçirilməsinə şərait formalaşdırmaqdır.

Bu əməkdaşlıq çərçivəsində Novruz bayramı ərəfəsində Gəncə rəssamlarının əsərlərindən ibarət sərgiyə də Urban Mərkəzində yer ayrılıb. Sərginin ilkin razılaşdırılmış müddəti başa çatdıqdan sonra isə ekspozisiya təxminən dörd ay ərzində nümayiş etdirilməyə davam edib.

Bu müddət ərzində sərginin təşkilatçılarına dəfələrlə məlumat verilib, Urban Mərkəzinin digər mədəni layihələr və tədbirlər üçün də nəzərdə tutulduğu, gələcək sərgilər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb. Eyni zamanda, nümayiş müddəti başa çatmış əsərlərin müəlliflərin emalatxanalarına və ya müvafiq saxlanma məkanlarına qaytarılması təklif eddilib”.

Filarmoniyadan verilən məlumatda qeyd edilib ki, sərgi eksponatlarının uzun müddət ictimai məkanda saxlanılması yalnız məkanın istifadəsini məhdudlaşdırmır, həm də onların təhlükəsizliyi və mühafizəsi ilə bağlı əlavə məsuliyyət yaradır: “Urban Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi, ziyarətçi axını və binanın gündəlik fəaliyyəti nəzərə alındıqda, nümayiş müddəti başa çatmış əsərlərin saxlanılması məqsədəuyğun hesab edilmir.

Bununla yanaşı, yaxın vaxtlarda Urban Mərkəzində yerləşən tarixi və yüksək bədii dəyərə malik monumental divar rəsminin (freskanın) mühafizəsi və bərpası ilə bağlı, mütəxəssis və ekspert rəylərinə əsaslanan təmir-bərpa işlərinə başlanılması planlaşdırılır. Bu səbəbdən Urban Mərkəzi müəyyən müddət ərzində istifadəyə qapalı olacaq”.

Lamiyə Məmmədova



Son xəbərlər

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031