Turaztv.az » Xəbərlər » Yenidən eyni layihədə rol alacaqlar
Xəbərlər

Yenidən eyni layihədə rol alacaqlar

28.07.2026, 00:03 101
Türkiyəli aktyorlar Haluk Bilginer və Ali Atay yenidən eyni layihədə yer alacaqlar.

"Unikal" xəbər verir ki, ikili bu dəfə "Güneye Giderken" filmində rol alacaq. Yol hekayəsindən bəhs edən filmin ssenari müəllifi Ali Ataydır. O, eyni zamanda ekran işinin rejissorluğunu da öz üzərinə götürəcək.

Filmin çəkilişlərinə iyulun 30-da start veriləcək. Ekran işi "Prime Video" platformasında yayımlanacaq.

Qeyd edək ki, aktyorlar daha əvvəl "Masum", "Şeref Bey", "Sekizinci Aile" və "Nuh Tepesi" kimi ekran işlərində birlikdə kamera qarşısına keçiblər.

Oxşar xəbərlər