Sənubər Səhər

Bəziləri üçün bunlar bir-biri ilə sıx bağlıdır, bəziləri üçün isə tamamilə fərqli anlayışlardır.

Həyatın müxtəlif sahələri haqqında düşünəndə ağlıma ilk gələn məhz bunlar oldu. Maraqlısı isə odur ki, bu fikirlər heç də həmin mövzulara aid olmayan bir müsahibəni dinlədikdən sonra yarandı.Yaşam, anlayış, bilik, təzahür və duyğular bizi yeni öyrənmələrəmi aparır? Yoxsa öyrənə bilmədiklərimiz şəxsi düşüncələrimizdə özünə dayaq axtarır?Bütün bu sualları bir kənara qoyaq. Oxuyaq, öyrənək, düşünək və həyatımız üçün möhkəm mənəvi dayaq yaradaq.
“Elm mənim nəyimə lazımdır?” sualını verən hər kəs elə bir məqamla qarşılaşacaq ki, bu sualı verdiyinə peşman olacaq. Çünki öyrəndiyimiz hər yeni bilik həyat yolumuzu işıqlandıran bir çıraqdır. Hətta demək olar ki, təkcə çıraq deyil, düşüncəmizi nurlandıran bir atəşfəşanlıqdır.
Lakin hər deyilənə də inanmaq olmaz. İlk növbədə həmin fikri söyləyən insanı tanımağa çalışmalıyıq. Bununla belə, ürəyimizə və ağlımıza yaxın gələn bir fikirlə qarşılaşdıqda, çox vaxt onun müəllifini axtarırıq. Sonra isə həmin müəllifin saysız-hesabsız düşüncələri qəlbimizə rahatlıq gətirir.
Bu gün artıq evdar qadınlar belə müxtəlif sahələrə dair məlumatlara böyük maraq göstərirlər. Hətta bəzən jurnalistlər cəmiyyətlə bağlı bir çox maraqlı məlumatı məhz onlardan əldə edirlər. Şəxsi və ictimai həyatın geniş müzakirəsi həm elmi araşdırmalarda, həm də publisistik yazılarda özünəməxsus yer tutur.
Elmi yanaşmalar, təəssüf ki, insanın xarakterini bir anda dəyişmir. Amma düşüncələrə, hadisələrə və araşdırmalara münasibəti dəyişə bilir. Elmi biliklər xarakterləri formalaşdırmasa da, davranışa, fəaliyyətə və qərarverməyə müsbət təsir göstərir.
Kim hansı düşüncə ilə, hansı xarakterlə və hansı mühitdə yaşasa da, dünyaya və həyata baxışı öz fərdiliyini qoruyur. Birliklər həyatı asanlaşdırır. Lakin həmin birliklərin daxilində də mübarizə, inkişaf və yenilik axtarışı heç vaxt bitmir. Bunun səbəbi yalnız çatışmazlıqlar deyil, həm də yeni araşdırmalar və yeni kəşflərdir.
Fikirlərin dağınıqlığı da həyatın ayrılmaz hissəsidir. İnsan daim axtarışdadır. Yeniliklərə yol açan köhnə biliklərin dəyəri isə heç vaxt unudulmamalıdır.
Bu yazı da məhz dağınıq düşüncələrin bir araya gəlməsindən yarandı. Amma çalışaq ki, həyatımız dağınıq olmasın. Heç nəyi unutmadan yaşayaq, işlərimizi və fikirlərimizi bir-birinə qarışdırmayaq.
Həyat yolunda ardıcıllığımız pozulmasın. Bildiklərimizi vicdanla tətbiq edək, bilmədiklərimizi isə öyrənməyə çalışaq. Anlamadıqlarımız haqqında tələsik hökm verməyək və onları müzakirə etməzdən əvvəl dərindən düşünək.
Unutmayaq ki, insanı böyüdən yalnız biliyi deyil, həm də öyrənməyə olan həvəsidir. Düşünən, öyrənən və sorğulayan insan həm öz həyatını, həm də cəmiyyətini daha işıqlı gələcəyə aparır.




Son xəbərlər

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930