Vətənn doğulduğun məkandan başlayır deyərlər. Ancaq insan yaşayış ünvanını dəyişməsinə rəğmən başqa-başqa mə¬kanlarda dünyaya göz aça bilər. Demək Vətən insanların ilk növbədə aid olduğu ailə və qan bağından başlanır. O qan bağlı¬lığı insanı yaşlandıqca öz kökünə, şəcərəsinə aid olduğunu əyani şəkildə reallaşdırır. Xarakterik xüsusiyyətləri ilə insan öz mə¬nəviyyatını, dinini, insanlığını biruzə verir. Həmçinin aid olduğu şəcərə belə onun həyat yolunu, yaşam tərzini, bir sözlə, in¬sanlığını səciyyələndirir. Vicdani “diktəçilik”, milli mənəviyyat hələ körpə yaşlarından yaşadığı mühitdən (xüsusilə ailə mühitin¬dən) formalaşaraq milli mənsubluğa çevrilir. Bax, ziyalılıq, qəhrəmanlıq da, daha dolğun tərzdə ifadə etsək, elə insanlığa xas xüsusiyyətlər də belə yaranır. Öz ünvanını düzgün tapan ən yüksək titullar məhz belə insanlara xasdır. Məsələn, Milli Qəhrə¬man, Vətən Qəhrəmanı, Əmək Qəhrəmanı, alim, professor adları.

Adı kimi əqidəsi də “polad” kimi möhkəm olan eloğlum, qədim Qəbələnin tarixi qəhrəmanlığını bir daha təsdiq edən Polad israyıl oğlu Həşimov öz adının əvvəlinə aid olan hər bir titulu və “ali” sözləri məhz öz insanlığı ilə qazanmışdır.
insanın könlünün məhbubu Vətən! Bu sözün ecazkarlığının sehrinə düşənlər vətənpərvər olurlar. O vətənpərvərlər isə la¬zım gələndə Vətənə canlı sipər, qayalarda mamır olub bitərlər. Məhz belə bir oğul idi Polad Həşimov!

Kimə bənzədim səni... Sən həyatını bənzərsiz yaşadın, özünə bənzərlər yaratmaq üçün... Altı il əvvəl Tovuz döyüşlərin¬də demək olar ki, qətl olunan 12 qəhrəmanın qəhrəmanlıq savaşında dəstəbaşı oldun. Qardaş, övlad saydıqlarının ölüm anın¬da belə mənəvi güc kimi real şəkildə yanında oldun - ölümsüzlük yolunda komandan oldun. Sən tarixə, tarix adına yazıldı Po¬lad qəhrəmanım! Sənin timsalında Tovuz döyüşlərinin şəhidləri Vəndam qəsəbəsində daima anılır. Sənə aid olan bu kiçicik guşə minlərlə insanın sənə sevgi ünvanı...

Səngər qəhrəmanı

Polad israyıl oğlu Həşimov 1975-ci ildə, yanvarın 2-də Vəndam qəsəbəsində doğulmuşdur. Hələ korpə ikən ailəsinin Sum¬qayıt şəhərinə köçməsi ilə əlaqədar uşaqlıq və gəncliyini Sumqayıt şəhərində yaşamışdır. Şəhərin əvvəlcə 28, sonra isə 34 saylı məktəblərində orta təhsil almış və Bakı Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir.
Polad əsl hərbçi kimi yetişmiş, orduya xidmətə gələn gənclərə vətənpərvərliyi təlqin etmişdir. Yeni əsgərlərə də, rütbəcə ondan aşağı və yüksək olanlara da həmişə yaxın dost, sirdaş olmuş, onlara insanlıq baxımından yanaşmışdır. Məhz buna gö¬rə də milyonların sevgisini qazanmışdır. 2020-ci ilin iyul hadisələri zamanı da məhz səngərdə, əsgərlərinin yanında olmuş, xa¬in düşmənin atəşinə nişan olmuşdur.
Şəhid adı, şəhadətə qovuşma ölümlərin ən alisidir. Bu, insanlığın son nöqtəsidir. Bu, əbədiyaşarlıqdır və hər kəsə nəsib olmur bu şərəfli ölüm.

Ölümdən doğan zəfər qığılcımı

Xalq deyimləri həmişə insanların həyatında öz reallığını doğrultmuşdur. Polad haqqında deyilən hər kəlam onun qəhrə-manlığında öz əksini tapmışdır. Deyilir ki, müharibə məhz Polad qəhrəmanın şəhid olduğu andan “başlanıb”. Çünki minlərlə gənc torpaqlarımızın yağı tapdağından azad olunması və Polad kimi oğullarımızın öcünü almaq üçün hərbi komissarlıqlara üz tutdu... Silaha sarılaraq məhz Poladın döyüş yolunu davam etdirmək üçün könüllü olaraq döyüşmək arzularını bildirdilər. Zə¬fər qazanaraq, şəhidlərin ruhlarının narahatçılıqlarına son qoymaq istədilər. Ali Baş Komandanın əmrini gözlədilər. Və bu əmr verildi...

Vətən müharibəsi 44 gün ərzində qələbə ilə sona çatdı. igid general-mayor Poladın ölümü bu müharibənin başlanması üçün bir qığılcım oldu, Zəfər qazanılmasına isə Polad əqidəsi, Polad arzuları bir zəmin oldu...
Artıq Tovuz hadisələrindən 6 il keçir. Ancaq o hadisələrin qəhrəmanlıq səhifəsi daim xatırlanır və Polad Həşimov başda olmaqla şəhidlərimiz həmişə yad edilir, onların döyüş şücaətləri qəhrəmanlıq dastanı kimi xatırlanır. Onların hər biri milyonla¬rın sevimlisi!
Polad Həşimov - Azərbaycanın Milli Qəhrəmanı, general-mayor, Azərbaycanın Zəfər tarixini yazan öncüllərdəndir. Bütün dünyada - hərb sənətində, ordu quruculuğunda, milli-mənəvi zənginlikdə, vicdani böyüklükdə, insanlıq səviyyəsində ən ali bi¬ridir Polad! O, səngər qəhrəmanı, generalı, mayoru! Ünvanı isə insanlığın qəlbi; xalqın, tarixin qan yaddaşı, vətənpərvərliyin, milli-mənəvi zənginliyin qəlb yaddaşı!
Sənsiz açılan sabahlar, doğan günəşlər, titrəyən buludlar, coşan şimşəklər, hayqıran küləklər, çağlayan şəlalələr, gurlay- an çaylar səni xatırladır bu həyatda! Sən hər kəsin qəlbində bir vulkan - Vətən deyəndə püskürməyə hazır vulkan!
Məkanın cənnət olsun əbədiyaşar general!
.

Son xəbərlər

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031