TARİXLƏŞƏN SENTYABR

İlin hər fəslinin özünəməxsus gözəllik xüsusiyyətləri var.

Qışın qış cizgiləri, yazın, yazın, payızın da əsrarəngiz gözəllik cizgiləri insanlara hələ ilk baxışdan göz oxşayaraq həmin fəsli sevdirir. Bu cizgilərin isə dərin, demək olar ki, fəlsəfi mənaları var. Elə bu mənaların özü də həyatın - varlığın, kainatın mövcudluğunu əks edir. Maraqlıdır ki, insan yaşadığı fəsildə heç zaman başqa fəsli arzulamır və zamanının fəslə uyğun xoş sevgisini yaşayır. Tanrı bu fəsilləri elə gözəl sıralamış ki... Hər biri özünəməxsus zənginliyi ilə insan ömrünü rövnəqləndirir.
Təbiətin-fəsillərin gözəlliyi rayon və kənd ərazilərində daha təbii şəkildə özünü biruzə verir. Təbiət qoynunda yaşayan insanların göz sferasında bu gözəlliklər öz əksini tapır və onların ən adi cizgiləri belə onlarda, həyata, yaşamağa inamı artırır.
İstər piyada, istər maşınla, istər hava, istərsə də su yolları ilə hərəkət edərkən başınızı qaldırıb təbiətin seyrinə dalırsınızmı? Axı, gözəlliklərə baxmaq insanlarda nikbinliyi, pozitivliyi artırır. Belə insanlarda sevgi daha güclü olur. ən başlıcası, belə insanlarda vətənpərvərlik emosional bir sevgiyə çevrilir.
İndi təbiət al-əlvan libasdadır. Gözəllik cizgiləri o qədər zəngindir ki... Uzaqdan dağlara baxdıqca sanki zənglərin sehrli bir xalça yaratdığını düşünürsən! Yamaclar, bağlar, bağçalar, yol kənarındaki ağac və bitkilər payız qoxuyur. Baharda çiçək açan ağaclar (təbiətin şıltaqlığına dözən ağaclar) budaqlarını bəzəyən adına uyğun meyvələri ilə göz oxşayır.
Sentyabr ayı... Payız fəslinin ilk ayı... Bağ-bağçalarda, gül-çiçəklərin solmaq istədiyi bir fəsil. Hər saralmaq istəyən yarpaq, ləçək payızın müjdəçisidir. Bəzən yay mövsümünün gözəlliklərini əks etdirən gül-çiçəklərin solaraq nişanələri qəlbimizi “ağrıtsa”da, elə bu görkəmin məna çalarlarını düşündükcə bu “ağrı”da bizləri tərk edir. Özümüzü, təbiətin payız libasını qışa hazırlayırıq...
Payız bolluq fəslidir. İnsanların qış fəslinə hazırlıq mərhələsidir. Sentyabrın 22-də tariximizə daxil olan payız xüsusilə məktəblilərin ən çox sevdiyi fəsildir. Axı Bilik Günü məhz sentyabrda keçirilir və şagirdlər təhsillərinə davam edirlər. Məhz onlar məktəbə gedib, keçən ildəkindən bir sinif yuxarı olduqda bir yaş böyüdüklərinin sevincini yaşayırlar.
Sentyabr ayı 2020-ci ildən tarixə daha məsul bir ay kimi düşmüşdür. 30 il düşmən tapdağında olan torpaqlarımızın azad olunması üçün aparılan siyasi danışıqlar və qəbul olunan qətnamə və qərarlar sadəcə sənəd üzərində qalmışdı. Ölkə rəhbərliyi qan tökmədən, siyasi yolla ərazi bütövlüyümüzü bərpa etmək istəsə də Ermənistan və ona “yaxın olan” dövlətlərin himayədarlığı bu fikrin həyata keçirilməsinə hər cəhd ilə mane olurdular. 30 il müddətində daima sərhədlər 1994-cü ilin may ayının 12-də saat 00.01-də bağlanan Atəşkəs müqaviləsini pozmuş, sərhədlərimizi atəşə tutmuş, həm sərhəd əsgərləri, həm də yerli sakinlər arasında itkilərimiz olmuşdur. 2020-ci ildə baş verən sərhəd pozuntuları, Tovuz hadisələri müharibənin labüdlüyünü bir daha sübut etdi.

2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi həm Azərbaycanın müasir dövlətçilik salnaməsində, həm də dünya hərb tarixində silinməz izlər buraxmışdır. Bu tarix 30 illik işğala və torpaq həsrətinə son qoyan zəfər tariximizin başlanğıcı kimi qəbul edilir.
Sentyabr ayı “Məğlubedilməzlik” mifinin dağıldığı bir tarixi aydır. Sentyabr ayı ərazi bütövlüyümüzün bərpası kimi bir missiyaya başlanğıc aydır. Məhz bu ayda başlanan mübarizədə Azərbaycan Ordusu döyüş meydanında hərbi üstünlük qazanaraq BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra etdi. Bu, məhz Milli Həmrəyliyin bariz nümunəsi idi.

27 sentyabr yalnız bir hərbi əməliyyatın başlanğıcı deyil, Azərbaycanın öz gücünü, şərəfini və tarixi ədalətini bərpa etdiyi zəfər tarixinin təməl daşıdır.
Sentyabr ayı əsl qələbələr ayı kimi tariximizə daxil olmuşdur. Vətən Müharibəsinin tarixi qələbəsini qəbul etmək istəməyən Ermənistan sərhəd bölmələrində atəşaçmaları davam etdirirdi. Xüsusilə hər il sentyabr ayında sərhəd bölgələrində terror hadisələri törədilirdi.
2021-ci ilin noyabrında sərhəddə silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı və kritik terror hadisələri və hərbi gərginliklər 19 sentyabr 2023-cü ildə baş vermişdir. Alınan məlumata görə, 80 hərbi qulluqçumuz, 2 mülki şəxs bu toqquşma zamanı həlak olmuşdur. Sentyabr ayında başlanan 44 günlük müharibə xalqımızın qəhrəmanlıq tarixinin başlanğıcı olmuşdur. Vətəni, torpağı uğrunda gözünü qırpmadan canını fəda edən igid oğullarımızın və düzgün siyasətin nəticəsində tarix yenidən yazıldı. Məhz buna görə də, payız fəslinin ilk ayı olan sentyabr həm də yeni Zəfər tariximizin-qəhrəmanlıq tarixinin başlanğıcı kimi yaddaşlara iz saldı.

BİBİXANIM.

Son xəbərlər

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

Əlli ilin işığında... - FOTOLAR

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930