Xəbərlər
8.09.2026, 12:22
"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNİN İLK TƏQDİMATI KEÇİRİLDİ - FOTOLAR
06.09.2026 -cı il tarixində Suşa restoranında çoxdan gözlənilən təqdimatımız işıq üzü gordü..Ədəbi camiyəmizə bir ədəbi məclis də qədəm qoydu. "Mücirəddin Beyləqani" Ədəbi Məclisi..
Məclisi giriş sözüylə "Qoşma"ədəbi məclisinin sədri Qəzənfər Məsim oğlu açdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, dövlət himnimiz oxundu.
Sonra söz "Mücirəddin Beyləqani," Ədəbi Məclisin rəhbəri Əzizə Ağahüseynqızına verildi.O, Beylaqanım adlı seiriylə məclisi salamladı və Mücirəddin Beyləqaninin həyat və yaradıcilığı haqqında dinləyicilərə məlumat verdi ..Söz məclisə gələn qonaqlara ünvanlandı..İlk söz otuz iki povest, roman müəllifi, tanınmış yazıçı Fazil Sənana verildi.O məclisin araya,ərsəyə gəlməsini alqışladı, bu əbədi yolun yolćularina uğurlar arzuladı..
Sosial şəbəkələrdə yetərincə tanınan çox dəyərli şair Musa Çəmənli maraqlı şeirləriylə ovqat yaratdı.Ehtiyatda olan zabit, ömrünün çox hissəsi qürbət ölkələrdə keçən Tofiq Quliyev (İbadoğlu) şeir nümunələri və maraqlı çixışıyla könulləri oxşadı..Eldar İsmayıl Boyuktûrk ocağının aparıcı əməkdaşı, şairə Bela Zəngibasarlı gözəl çıxışıyla məclisə rəng qatdı.Məclisə gələn qonaqların hər biri öz çıxışlarıyla bir gözəllik yaratdılar..
Şairə Sevda Zeynalova, şairə Arzu Tahirqızı, şairə Həqiqət Qaralıyeva, qəzet rəhbəri, jurnalist Yasəmən Möhübbətqızı, Turaztv.az saytının rəhbəri Cəmil Dadaşov, şair Xəlil Mirzə, jurnalist Elçin Nəsib, şair Yunis Qaraxanlı, şair Fərman Bədəlov, şair Ramiz Sindidağlı, müəllim Şəfiqə Məmmədova, şair, mədəniyyət işçisi Rəhbər Əkbərzadə, Səhərgul xanım, Elxas Comərd çıxış etdilər.Beyləqandan məclisimizə gələn tanınmış şair, müəllim Ədalət Cümşüdoğlu yaddaqalan poeziya nümunələri ilə çixıs etdi.
Məclisimizə xüsusi rəng qatan, öz gözəl çıxışlarıyla könülləri fəth edən aşıq Fikrət Cəfərov və Rovşən Yaqubluya, eləcə də məclisinizi uğurla başa çatdiran iştirakçilarımıza və tədbirin aparıcıları Qəzənfər Məsimoğlu və Əzizə Ağahüseynqızına təşəkkür edirik..
Məqsədimiz ədəbiyyatımıza, poeziyamıza, ictimaiyyətimizə,.cəmiyyətimizə, mədəniyyətimizə xidmət etməkdir..Bu yolda bizə mənəvi dəstək olan dostlarımıza, söz adamlarına minnətdarıq.
Səmimiyyətlə:
"Mücirəddin Beyləqani" Ədəbi Məclisin poeziya şöbəsinin rəhbəri, şair
QƏZƏNFƏR MƏSİMOĞLU
"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİN POEZİYA ŞÖBƏSİNİN RƏHBƏRİ
06.09.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




























